Əmək qəhrəmanının xatirələri

1970-1985-ci illər Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan kompleks inkişaf tədbirlərinin həyata keçirilməsi respublikamızın tarixində misli görünməmiş dəyişikliklərlə, yüksəlişlərlə nəticələnmişdir. “Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə IX-XI beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yeri tutur”.
Əmək qəhrəmanının xatirələri
Bu diqqət, qayğı öz səmərəsini rayonlarda aparılmış genişmiqyaslı işlərdə də təsdiqini tapırdı. Qarşıda duran ən mühüm məsələ isə kənd təsərrüfatının hərtərəfli inkişafına nail olmaq, yüksək məhsuldarlıq əldə etmək idi ki, buna da qısa müddət ərzində nail olundu. Tez-tez rayonlara səfər edən Heydər Əliyev əhalinin durumu, yaşayış səviyyəsi ilə maraqlanır, onlardan hər cür diqqət və qayğını əsirgəmirdi. Elə bu yüksək qayğıdan bəhrələnən İsmayıllı sakinləri həmin günləri xoş xatirə kimi xatırlayırlar. Г‡alışqan əməyi sayəsində Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Ulu öndərin İsmayıllı rayonuna səfəri zamanı onunla həmsöhbət olmuş İsmayıllı sakinlərindən biri də Gülüstan Həsənovadır ki, o həmin günləri ömrünün ən fərəhli, ən yaddaqalan anları kimi xatırlayır:
– Ayağım yer tutandan, ağlım söz kəsəndən yoldaşlığım, dostluğum ancaq əməklə olub. Qubaxəlilli kəndində sovxozda sağıcı işləmişəm. Əməyimə görə həmişə qayğı görmüşəm, hörmətə çatmışam. İllərlə yarış qalibi olmuşam. Gördüyüm işin nəticələri diqqətdən kənarda qalmayıb. 1969-cu ildə möhtərəm Heydər Əliyev respublikaya rəhbər gələndən sonra mənə diqqət daha da artıb, mükafatlarım çoxalıb. Ali məclislərdə başa keçirilmişəm. O zaman üçün ən böyük mükafat olan “QAZ-24” markalı maşın verilib mənə. Sosialist Əməyi Qəhrəmanı ulduzunu Heydər Əliyev taxıb sinəmə. Bu təltiflə ömrümə fərəh gətirib, əməyimə böyük qiymət verib hörmətli Heydər Əliyev. Rayonumuzun inkişafı bilavasitə onun adı ilə bağlıdır. İsmayıllı sakinləri həyatlarının yüksəlişi üçün ona borcludurlar.
1981-ci ilin iyul ayındakı gəlişi isə hamımız üçün bayram oldu. Qonşu Xəlillidə ətraf kəndlərin adamları ilə görüşdü. Mən də orda iştirak edirdim. Mənimlə, qabaqcıl üzümçülər İnnab Babayeva, Elmira Əliyeva, Hüseyn Səfərovla görüşüb səmimiyyətlə, mehribanlıqla hal-əhval tutdu, kəndin problemlərini soruşdu. O gedəndən sonra tapşırığına əsasən Gəraybəyliyə qaz çəkildi, burada hamam, şərab zavodu tikildi, kəndə su xətti çəkildi. Qubaxəlillidə mədəniyyət evi, yaşayış binaları tikildi, yollara asfalt döşəndi. Üzümçülük isə inkişaf etməyə başladı.
Ümidimiz, pənahımız, qayğıkeş atamız Moskvaya gedəndən sonra yavaş-yavaş unudulmağa başladıq. 1985-ci ildən sonra isə dövlət və rəhbər qayğısından məhrum olduq. Təqaüdə çıxdım, yaşamaq imkanlarım, dolanacaq mənbəyim heçə endi. Nə yaxşı ki, Allahın bizə rəhmi gəldi. Rəhbərimizi yenidən özümüzə qaytardı. Əldən-ələ düşən taleyimiz millət atasının əlinə keçdi. Bəxtimizə yenidən gün doğdu. 1993-cü ilin yayında sanki yenidən həyata qayıtdım. 2002-ci ildə möhtərəm prezidentimiz mənə təqaüd təyin etdi. Г‡oxları tərəfindən unudulmuş insanlara tükənməz qayğı göstərən Heydər Əliyevə aşağıdakı minnətdarlıq məktubunu göndərdim:
“Möhtərəm Prezident, əziz millət atası, qüdrətli şəxsiyyət, qəlbinin nuru bütün Azərbaycanı nurlandıran, hərarətləndirən müdrik rəhbər, hörmətli Heydər Əliyev, mənə göstərdiyiniz qayğıya, Prezident təqaüdü verməklə məni yenidən həyata qaytardığınıza görə bütün varlığımla Sizə minnətdarlığımı bildirir, dahiliyiniz qarşısında baş əyirəm.
Rəhbərliyiniz altında, qayğınız sayəsində əmək qəhrəmanlığı göstərənlərin yenidən yada salınması yalnız Sizin əvəzedilməz rəhbər, bənzərsiz insan, ürəyi ölkəsi boyda olan Prezident tərəfindən mümkün olardı. Mən əmək qəhrəmanı ulduzunu Sizin köməkliyinizlə, Sizin mübarək əllərinizdən almışam. O əlləri öpür, həmişə sağlam, gümrah olmağınızı və hər bir Azərbaycan vətəndaşının əlindən möhkəm tutub, sabahkı işıqlı Azərbaycana aparmağınızı arzulayıram.
Bu məqsədlə inam, ümid verdiniz bizlərə, sevinc gətirdiniz ömrümüzə. Bir daha sübut etdiniz ki, heç kimin xidməti unudulmayıb, hər bir Azərbaycan vətəndaşının taleyi üçün cavabdehsiniz”.
Əbəs yerə deyilməyib ki, hər bir insanı gördüyü işlər və əməllər yaşadır. Buna görə də Ümummilli liderimiz daim Azərbaycanın qədirbilən övladlarının qəlbində və Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü əməllərində yaşayacaqdır.
Ruhun şad olsun, El atası!
Gülüstan xanım həmişə deyərdi ki, məni bu torpaq ucaldıb. İndi onun ucaldığı torpaqda, eləcə də bütün İsmayıllıda misli görünməyən quruculuq işləri vüsət alıb. Ölkə prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı imzaladığı dövlət proqramları bu gün İsmayıllıda da çox böyük uğurla həyata keçirilir. Kəndlər, qəsəbələr abadlaşır, yeni-yeni məktəblər, xəstəxana və idarə binaları, körpülər, parklar, idman kompleksləri tikilir, yollar çəkilir, əhalinin sosial vəziyyəti yaxşılaşır.
Q.İsmayılova

Şərh Yaz