İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Son illər Azərbaycan Respublikasının prezidenti, eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi böyük qayğının nəticəsi olaraq milli komandamızın nailiyyətindən sonra, Azərbaycanda idmanın bütün növlərinə geniş maraq artmışdır. Nəzərə almaq lazımdır ki, idmanın inkişafı yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və sağlamlığın inkişafına geniş kömək edir.
VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyasının rəhbərliyi adından bildirmək istəyirik ki, rəhbəri olduğunuz rayonun sakini, Azərbaycan yığma komandasının üzvü Babazadə Ariz Rasim oğlu Ukrayna Respublikasının Odessa şəhərində 25-28 sentyabr 2015-ci il tarixində keçirilən Dünya kubokunda Dünya kubokunun komanda yarışında birinci yerə layiq görülmüşdür.
Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdsarlığımızı bildiririk.
Hörmətlə: N.Quliyev,
Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri bədən tərbiyəsi və idman işçisi, VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyasının prezidenti

Şərh Yaz