Minnətdarlıq məktubu

Ölkədə gedən sosial-iqtisadi inkişaf rayonumuzda da tam aydınlığı ilə görünməkdədir. İsmayıllı şəhərinin abadlaşması ilə yanaşı, kəndlərimizdə də sosial durumu yüksəldən bir sıra işlər görülməkdədir. İnsanların sevincinə səbəb olan qazlaşdırma məsələsi də bu cür yeniliklərdənndir.
Biz –“ Qurbanəfəndi kənd sakinləri qonşu kəndlərdə əhalinin təbii qazla təmin olunmasını böyük sevinclə qarşıladıq. Sevindik ki, qonşu kəndə bu gün qaz verilirsə, tezliklə bizə də həmin rahatlıqdan pay düşəcək.
Gözlədiyimiz, arzuladığımız gün gəlib çatdı. Artıq kəndimizin də qazlaşdırılmasına başlanılıb.
Ölkədəki inkişafa, rayondakı yeniliklərə görə ölkə prezidenti cənab İlham Əliyevə, eləcə də onun tapşırıq və tövsiyələrini İsmayıllıda uğurla həyata keçirən Mirdaməd Sadıqova dərin minnətdarlığımızı bildiririk.
Vətəndaşlara göstərilən bu diqqət və qayğı müqabilində bizim başlıca vəzifəmiz cənab Prezidentin ətrafında sıx birləşməli, tərəfindən irəli sürülən ideyaların həyat həqiqətinə çevrilməsinə çalışmaqdır.
Bu minnətdarlıq məktubunu böyük sevgi və sədaqət hissi ilə qələmə aldıq.
Dərin hörmətlə:
Qurbanəfəndi kənd sakinləri

Şərh Yaz