Sosial-iqtisadi inkişafa töhfələrimiz

Oktyabr ayının 22-də İsmayıllıda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi bölgələrdə ənənəvi təsərrüfat sahələrinin, habelə sənayenin inkişafına güclü təkan verib. Təsadüfi deyildir ki, cari ilin doqquz ayında İsmayıllıda 129 milyon 508 min manatlıq ümumi məhsul buraxılışı olub. Bunun 75 milyon 944 min manatı aqrar sektorun, 3 milyon 250 min manatı isə sənayenin payına düşür.
Sosial-iqtisadi inkişafa töhfələrimizOktyabr ayının 22-də İsmayıllıda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi bölgələrdə ənənəvi təsərrüfat sahələrinin, habelə sənayenin inkişafına güclü təkan verib. Təsadüfi deyildir ki, cari ilin doqquz ayında İsmayıllıda 129 milyon 508 min manatlıq ümumi məhsul buraxılışı olub. Bunun 75 milyon 944 min manatı aqrar sektorun, 3 milyon 250 min manatı isə sənayenin payına düşür.
Cari ildə ölkənin ərzaq təhlükəsizliyində mühüm sahə olan taxılçılıqda xüsusilə uğurlu nəticələrə nail olunub. Belə ki, 28212 hektar əkin sahəsindən 103 min 282 ton taxıl istehsal edilib. Bu da rayon tarixində rekord göstəricidir. Kartof, meyvə-tərəvəz, üzüm istehsalında da diqqətəlayiq nəticələr əldə olunub.
RİH başçısı M.Sadıqov bildirib ki, aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda da dinamik artım davam edir və bu sahədə də yaxşı göstəricilər qazanılıb.
Rayonda yeni torpaq sahələri hesabına əkin dövriyyəsinin artırılması, istər bitkiçilik, istərsə də heyvandarlıqda müasir texnologiyaların, elmi-texniki yeniliklərin tətbiqi istiqamətində ardıcıl işlərin aparılması hesabat məruzəsində əksini tapıb.
Rayonda sənayenin inkişafı da bu gün bölgədə prioritet məsələdir. 2013-cü ildən fəaliyyətə başlayan İsmayıllı Tikiş fabrikinin istehsal gücü artırılıb, əhatəsi bir neçə kənd də daxil olmaqla, genişləndirilib. Hazırda tikilməkdə olan Velosiped zavodunun yaxınlığında Sənaye mərkəzinin yaradılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə 5 hektar ərazi də müəyyənləşdirilib.
Sosial-iqtisadi inkişafa töhfələrimiz
Sosial-iqtisadi inkişafa töhfələrimiz
Natiq rayonda tikinti-quruculuq və abadlıq sahələrində də xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. Belə ki, Velosiped zavodunun, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq heyvandarlıq təsərrüfatının, İsmayıllı şəhərində “Yaşıl market”in, Kənd Təsərrüfatı İdarəsi üçün inzibati binanın, Göyçay çayı üzərində “İsmayıllı SES-2”-nin, M.F.Axundzadə küçəsində 2 doqquzmərtəbəli yaşayış binasının tikintisi davam etdirilib.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. İsmayıllı şəhərinin 13 küçəsinə, 3 yaşayış məhəlləsinə asfalt örtük vurulub. Kənd yollarında 930 min manatlıq təmir işləri aparılıb.
Məruzə ətrafında çıxışlarda rayonda təhsil sahəsində qazanılan uğurlar, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, rabitə xidməti, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatı ilə əlaqədar həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Yekunda diqqətə çatdırılıb ki, ismayıllılar prezident İlham Əliyevin Nazirlər Kabinetinin oktyabrın 12-də keçirilən yığıncağındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələri rəhbər tutaraq, ölkəmizin sosial-iqtisadi inkişafına bundan sonra da öz töhfələrini verəcəklər (Məruzənin xülasəsi qəzetin bu sayında oxuculara təqdim olunur).
Ş.Soltanov

Şərh Yaz