Müstəqilliymiz məşğələ mövzusu olub

1918-ci il may ayının 28-də Şərqdə ilk olaraq Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmışdı. Dövlətçilik tarixi qədim olan ölkəmiz müstəqillik əldə etmişdi. Lakin dağıdıcı inqilablarla Rusiyanı xalqların məcburi birliyi məkanına çevirənlər XI ordu vasitəsilə Azərbaycan Demokratik Respublikasını devirdilər. Xalqımız müstəqilliyinin bərpasını 70 il gözlədi, nəhayət arzusuna çatdı.
1991-ci il 18 oktyabrda Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyinin bərpası barədə Konstitusiya aktı qəbul etdi. Bu hələ formal tərəf idi. Dövlət müstəqilliyini reallığa çevirən, ona əbədilik xarakteri verən ümummilli liderimiz Heydər Əliyev oldu. Onun milli, xəlqi, bəşəri siyasəti sayəsində Azərbaycan əsil mənada müstəqilliyə qovuşdu, xaosdan, vətəndaş müharibəsindən xilas oldu.
Müstəqilliymiz məşğələ mövzusu olub
“Heydər Əliyev idarəetmə məktəbi”nin Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş məşğələsində bunlar barədə ətraflı danışıldı, maraqlı çıxışlar oldu.
Heydər Əliyev Mərkəzində keçirilən məşğələdən əvvəl iştirakçılar foyedə təşkil olunmuş əl işləri, yerli rəssamların rəsm əsərləri, müstəqilliyə, ümummilli lider Heydər Əliyevə həsr olunmuş və onun kitablarından ibarət sərgiyə tamaşa etdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə etdi. O, ümummilli liderin müstəqilliyimizin əbədiliyinin təminatçısı olduğunu xarakterizə etməklə yanaşı, prezident İlham Əliyevin, müstəqil və azad Azərbaycanı dönməz siyasəti ilə məharətlə idarə etməsindən danışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında qeyd etdi ki, müstəqilliyimizin bərpasından keçən 24 ildə Azərbaycan regionda lider ölkəyə, beynəlxalq miqyasda söz sahibinə çevrilib. İnsanlar ölkənin tamhüquqlu vətəndaşı kimi öz torpağının, əmlakının, hüquq və azadlıqlarının sahibidir.
Müstəqilliyimizin bərpasına müxtəlif aspektlərdən yanaşan Elxan Bədəlovun, Şahin Kərimovun, Novruz Əsədovun, Sevinc Novruzovanın və Elnarə Əlizadənin çıxışları maraqla dinlənildi.
Rayon Gənclər və İdman İdarəsi ilə Rayon Təhsil Şöbəsinin “Müstəqilliyimiz əbədi və dönməzdir” mövzusunda keçirdiyi inşa müsabiqəsinin qaliblərinə RGİİ-nin diplomları və hədiyyələri verildi.
Heydər Əliyev Mərkəzinin foyesindəki konsertlə müstəqillik gününə həsr olunmuş tədbir yekunlaşdı.
G. Mirzəliyeva

Şərh Yaz