Qafar Cəbiyev –“ 65 Zirvələr fəth edən yorulmaz insan

Oktyabr ayının 27-də, günün birinci yarısında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda tarixçi alim, tarix elmləri doktoru Qafar Cəbiyevin 65 illiyi münasibətilə anadan olduğu Talıstan kəndində yığıncaq keçirilib.
Tədbirdə Q.Cəbiyevin 1980-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunun aspiranturasına daxil olduğu, 1981-1990-cı illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifəsində işlədiyi, 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi aldığı bildirilib.
Qafar Cəbiyev –“ 65 Zirvələr fəth edən yorulmaz insan
Qeyd olunub ki, hazırda Azərbaycan Müəllimləri İnstitutunun professoru, Milli Televiziya və Radio Şurasının üzvü olan Q.Cəbiyev 2003-cü ildən etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. Г‡ıxışlarda onun uzun illərdir ki, Qəbələ, Bakı, İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisindəki arxeoloji abidələrin öyrənilməsində bilavasitə iştirak etdiyi, 2007-ci ildə Girdiman tarixi mövzusunda doktorluq dissertasiyası müdafiə etdiyi açıqlanıb.
Yubiley tədbirində millət vəkili Yaqub Mahmudlu, akademik Teymur Bünyadov, başqaları çıxış ediblər. Yubilyarın sinif yoldaşları, həmkəndliləri, məktəblilər onun haqqında fəxlə danışıblar.
Qeyd olunub ki, Q.Cəbiyev “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura vətəndir”, “Girdiman tarixi”, “Ağsu şəhəri orta əsrlərdə” kitablarının, habelə 150-dən çox elmi, 500-dən çox elmi-publisist məqalənin müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
Günün ikinci yarısında rayon ictimaiyyəti nümayəndələrinin, qonaqların işyirakı ilə yubiley tədbiri rayonun Mədəniyyət sarayında davam etdirilib. Г‡ıxış edənlər Q.Cəbiyevin böyük alim, dəyərli insan, nümunəvi vətəndaş olması barədə fikirlər səsləndiriblər. Onlar zəhmətsevərliyi ilə zirvələr fəth edən bu yorulmaz insana yeni axtarışlarda böyük uğurlar arzulayıblar. Onlar İsmayıllının qısa müddətdə nəzərəçarpan dərəcədə inkişaf etməsini də böyük istək və rahatlıqla diqqətə çatdırıblar.
Qafar Cəbiyev –“ 65 Zirvələr fəth edən yorulmaz insan
Qafar Cəbiyev –“ 65 Zirvələr fəth edən yorulmaz insan
Qafar Cəbiyev –“ 65 Zirvələr fəth edən yorulmaz insan
Tədbirdə iştirak edən, bu qəbildən olan tədbirlərin keçirilməsinin birbaşa təşəbbüskarı və təşkilatçısı olan RİH başçısı Mirdaməd Sadıqov rayonumuzun ziyalılarına, elm adamlarına, yaradıcı insanlara diqqət və qayğı ilə yanaşmağın fəziləti, üstünlükləri və gənc nəslin yetişməsində əhəmiyyətindən söz açıb. Bu baxımdan keçirilən tədbirlərin bir başlanğıc olduğunu vurğulayıb.
Qonaqlara və yubilyara xatirə hədiyyələri təqdim olunub. İsmayıllı Mədəniyyət sarayının “Niyal” xalq çalğı alətləri ancamblı üzvlərinin ifasında səslənən mahnılar tədbirə gözəllik qatıb və tədbirdə iştirak edənlərə xoş ovqat bəxş edib.
Tədbirin sonunda yubilyar Q.Cəbiyev keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya, şəxsiyyətinə verilən yüksək dəyərə görə hamıya dərin təşəkkürünü bildirib.
Səadət Rəhimova

Şərh Yaz