Xəstələrə yardım üçün

İyul ayının 28-0də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə İsmayıllı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən birgünlük aksiyada rayonun icra strukturlarının nümayəndələri, təhsil və tibb işçiləri, hüquq-mühafizə orqanlarında çalışanlar, şəhər sakinləri, xüsusilə də gənclər fəallıq nümayiş etdiriblər.
Xəstələrə yardım üçünİyul ayının 28-0də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə İsmayıllı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən birgünlük aksiyada rayonun icra strukturlarının nümayəndələri, təhsil və tibb işçiləri, hüquq-mühafizə orqanlarında çalışanlar, şəhər sakinləri, xüsusilə də gənclər fəallıq nümayiş etdiriblər.
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2015-08/1438599626_dsc_0498.jpg[/thumb
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2015-08/1438599590_dsc_0504.jpg[/thumb]
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 135 nəfər könüllü donordan qan götürülüb.
Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
Səadət Rəhimova

Şərh Yaz