Məişət zorakılığına qarşı

Azərbaycan Respublikasında yoxsulluğun azaldılması, davamlı inkişaf Dövlət Proqramı və Azərbaycan Respublikasında insan alverinə qarşı Milli Fəaliyyt Planının yerinə yetirilməsi, övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi, həmçinin gender və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədi ilə yerlərdə qruplar yaradılmışdır.
Məişət zorakılığına qarşı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu monitorinq qruplarının məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqinin aparılması ilə bağlı təlimatlandırılması məqsədilə 29 iyul 2015-ci il tarixdə İsmayıllı rayonunda regional təlim-seminar keçirilmişdir. Tədbirdə həmçinin ətraf rayonlardan –“ Qəbələ, Şəki, Qax, Oğuz və Balakən rayonlarından olan monitorinq qrupları da iştirak etmişdir.
Məişət zorakılığına qarşı
Təlim-seminarda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova və digər məsul şəxslər çıxış edərək “Məişət zorakılığı haqqında qanun”, məişət zorakılığı problemlərində sosial işin təşkili, riskli ailələrlə sosoal iş, uşaqların yerləşdirilməsində qərar qəbul etmə, xüsusi qayğıya ehtiyacı olan uşaqların xidmətlərə yönəldilməsi, cinsi zorakılıq haqqında geniş məlumat verilmişdir. Seminarda mövzu ətrafında müzakirələr aparılmışdır.
Ruziyyə Г‡ələbiyeva,
İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz