Dövlət tərəfindən həyata keçirilən sosial siyasətdə əsas məqsəd

Sosial siyasət dövlətin daxili siyasətinin əsas istiqamətlərindən biri olmaqla, ictimai həyatın sosial sahəsi və ayrılmaz hissəsidir. Bu sahəyə həm iqtisadiyyatın qeyri-istehsal sahələri olan təhsil, elm, səhiyyə, sosial müdafiə, həm də istehsal sahələrinin bir çox aspektləri, iş gününün uzunluğu, minimum əmək haqqı, əməyin mühafizəsinin müəyyən olunması və s. daxildir. Sosial sahənin cəmiyyətin həyatında funksional rolu əhali arasında sosial əlaqələrin yaradılması və dərinləşdirilməsi, onların zəruri tələbatlarının təmin olunması və formalaşdırılması şərtlərindən ibarətdir. Dövlət tərəfindən həyata keçirilən sosial siyasətdə əsas məqsəd
İnkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün ölkələrində cəmiyyətin sosial-iqtisadi yüksəlişi istiqamətində dövlət siyasətinin mühüm tərkib hissələrindən biri sosial siyasətdir. Sosial siyasətin mahiyyəti ayrı-ayrı sosial qruplar, həmçinin bütöv bir sosial qrupa mənsub olan adamlar arasında onların həyat səviyyəsinin yüksəldilməsi və ictimai həyatda iştirakı üçün iqtisadi stimulun formalaşmasına şəraitin yaradılmasıdır. İqtisadi inkişaf nöqteyi-nəzərindən sosial siyasət ikili rol oynayır. İqtisadiyyat inkişaf etdikcə, milli gəlir artdıqca vətəndaşlar üçün əlverişli şərait yaranır, onların sosial müdafıəsi güclənir, digər tərəfdən isə əhalinin sosial vəziyyəti yaxşılaşdıqca onların əmək məhsuldarlığı da artır.
Dövlətin sosial siyasəti onun sosial proqramlarında ifadə olunur və praktikada həyata keçirilir. Əhalinin əsas sosial qruplarının mənafeyi naminə və maraqları vasitəsilə cəmiyyətdə olan münasibətləri tənzimləyir. Maddi cəhətdən möhkəm olmayan, iqtisadi cəhətdən təmin edilməyən hər bir sosial proqram, məlumdur ki, ancaq deklerasiya xarakteri daşıyır. Bu mənada sosial siyasət məzmununa və qaşısında duran vəzifələrinə görə iqtisadiyyatla nisbətdə ikincilik təşkil edir. Lakin, onun maddi və mənəvi inkişafına, ictimai inkişafın gedişinə olan təsirini və əhəmiyyətini ikinci dərəcəli hesab etmək olmaz.
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisadi inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi, sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, onların istehsal fəaliyyəti ilə məşğul olmasına maraq azalmış olur, cəmiyyətdə sosial gərginlik artır.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Belə halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə darəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici) xarakter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır
Bazar iqtisadiyyatına keçid dövründə əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir. Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir. Demək olar ki, bütün ölkələrdə sosial sığorta və yoxsullara dövlət köməyi proqramı vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin itirlməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə dövlət proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə sığortalanması və s. daxildirlər.
Müasair inteqrasiya şəraitində qabaqcıl inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. Dövlətin sosial siyasəti gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdə sosial ixtilafların aradan qaldırılmasına istiqamətlənmişdir.
Qeyd etmək lazımdır ki, məhz dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisadi inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi, sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, onların istehsal fəaliyyəti ilə məşğul olmasına maraq azalmış olur, cəmiyyətdə sosial gərginlik artır.
Müasir qloballaşma şəraiti sosial siyasətin səmərəlliyinin artırılmasını, diqqəti daha çox sosial sahənin ciddi problemlərinə yönəltməyi, sosial siyasətin reallaşmasının yeni mexanizmlərinin aşkara çıxarılmasını zəruri edir. Sosial sahədə olan konkret məsələləri həll etmək Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının, yerli özünü idarə orqanlarının səlahiyyətlərinə daxil olub iqtisadi inkişaf səviyyəsindən, demoqrafik vəziyyətindən, maliyyə imkanlarından, milli adət və ənənələrdən asılıdır. Dövlətm sosial siyasəti, konkret tarixi inkişaf mərhələləri və müəyyən məqsədlərlə əlaqədar olan və müəyyən yekun nəticələr nəzərə alınmaqla təşkilati və maliyyə cəhətdən əsaslandırlmış dövlət fəaliyyətidir. Dünya ölkələrinin təcrübəsindən bəllidir ki, sosial siyasətin dözgün seçilib həyata keçirilməsi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinə, onun sağlamlıq vəziyyətinin pisləşməsinə, əhalinin yoxsulluğunun artmasına, təhsil və səhiyyə sisteminin keyfiyyətinin aşağı düşməsinə və s. səbəb olur ki, bu da sosial sabitliyə təhlükə yaradır.
Fikrimizcə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, infulyasiyadan, istehlak qiymətlərinin artımından və s. problemlərdən müdafiə edən kompleks sosial-iqtisadi tədbirlərin məcmusudur. Müasir şəraitdə postsosialist ölkələrində sosial sferada aparılan islahatlar fərqlidir və yuksək dünya standartlarına yaxınlaşır. Burada əhaliyə sosial və rifah təminatları verən vətəndaş cəmiyyətinin formalaşdırılması və təkmilləşdirilməsi ön planda olmalıdır. Bununla yanaşı, vətəndaşların təhsil hüququnun reallaşdırılmasına müvafiq şəraitin yaradılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, mədəni potensialın inkişafı və ölkənin mədəni irsinin qorunması da diqqət mərkəzində olmalıdır. Həmçinin səmərəli və sivil əmək bazarının yaradılması, sosial təminatlar sferasında mütəmadi maliyyə dayanıqlığının təminatı və aztəminatlı əhalinin mənzil-kommunal, nəqliyyat, təhsil, tibbi xidmətlərdən geniş istifadəsinin təmin edilməsi də bu qəbildən olan məsələlərə aiddir. Sosial siyasət əhalinin rifah halının yaxşriaşdırılmasında, sosial sferanın tənzimlənməsində məqsədlər sistemi kimi çıxış edir. Müasir ədalətli, sivilizasiyalı cəmiyyət yüksək sosial standartlara əsaslanır və onun yaradılması bir çox məsələlərin həllini zəruri edir. Burada sosial müdafiə sisteminin inkişafı, əlillərin cəmiyyətə inteqrasiyası, uşaq fəqirliyinin xəbərdarlığı və məhdudlaşdırılması, pensiya sisteminin təkmilləşdirilməsi, keyfıyyətli təhsil və səhiyyə xidmətinə giriş və nəhayət əhalinin məşğulluğunun təminatı kimi istiqamətlər prioritet təşkil edir.
Müasir dövrdə sosial siyasətin müvəffəqiyyətini təmin etmək üçün bir neçə istiqamətdə, Рѕ cümlədən maliyyə-iqtisadi, sosial-psixoloji VƏ hüquqi-təşkilati məsələləri həll etmək lazımdır. Bu, bazar iqtisadiyyatının təşəkkül tapdığı bir şəraitldə xüsusi əhəmiyyət kəsb edir. Г‡ünki yeni formalaşan iqtisadiyyat yeni münasibətlər gətirməklə yanaşı cəmiyyət üçün yeni nəticələrə də gətirib çıxarır. Bu nəticələrin mənfı olmaması üçün ölkənin sosial inkişafının əsas istiqamətləri və prioritet tərəfləri araşdırılıb öyrənilməlidir.
Eyyub Musayev
İsmayıllı rayon ƏSMM-nın aparıcı məsləhətçisi, Əmək və Sosial Problemlər üzrə ETTM-nin doktorantı

Şərh Yaz