Kəndi və sakinlərini qəlbən sevirdi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü İsmayıllı rayonunun İvanovka kəndində də böyük təntənə ilə qeyd edilib. Sakinlər onun əziz xatirəsini ehtiramla yad edərək kənd mərkəzindəki abidəsi önünə tər bahar gülləri düzüblər.Kəndi və sakinlərini qəlbən sevirdiUlu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü İsmayıllı rayonunun İvanovka kəndində də böyük təntənə ilə qeyd edilib. Sakinlər onun əziz xatirəsini ehtiramla yad edərək kənd mərkəzindəki abidəsi önünə tər bahar gülləri düzüblər.[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2015-05/1431797618_img048.jpg[/thumb}
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə xalqın tarixi inkişaf yolu keçdiyini, qüdrətli şəxsiyyətin qətiyyətli iradəsi sayəsində ölkəmizin dünya dövlətləri birliyində layiqli yer tutduğunu bildiriblər. Qeyd olunub ki, Ulu öndərin dövlətçiliyə və xalqa sonsuz sədaqəti və millətsevərliyi sözün həqiqi mənasında gələcək nəsillərə örnəkdir. Bildirilib ki, müstəqillik dövründə qazanılan uğurlar milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanmasına Azərbaycanda demokratik, hüquqi dövlətin şanlı tarixini yaradan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində qazanılıb. Heydər Əliyevin ivanovkalılar tərəfindən həmişə seviləcəyi xüsusilə vurğulanıb. Г‡ünki Ulu öndər bu kəndi və sakinlərini qəlbən sevirdi.
Həmkəndliləri ilə əlamətdar günün sevincini bölüşənlər Ümummilli liderin uzaqgörən siyasi fəaliyyətinin nəticələrindən, ideyalarının gündən-günə tərəqqi etməsindən, Onun müəyyən etdiyi siyasi kursun layiqincə davam etdirilməsindən danışıblar.
Məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyadan izləyicilər razı qalıblar.
S.Rəhimova

Şərh Yaz