Müasir tariximizin mühüm mərhələsi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə YAP İsmayıllı rayon təşkilatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədrisi Mərkəzinin müəllim, tələbə və şagird kollektivinin iştirakı ilə yığıncaq keçirib.Müasir tariximizin mühüm mərhələsi
Peşə Tədrisi Mərkəzinin direktoru Zaur Muradov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoyduğundan, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışıb.
O bildirib ki, ömrünü xalqının yolunda şam kimi əridən ümummilli lider Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək. Bu gün Azərbaycan dövlətinin və xalqının qazandığı nə qədər nailiyyətlər varsa, hamısının müəllifi yalnız Ulu öndərdir. Bu baxımdan da, Ulu öndərin siyasi irsinin Azərbaycanda öyrədilməsi ən vacib məsələlərdən biridir.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışıb.
Tədbirdə çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova qeyd edib ki, dərin zəka sahibi olan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir
Tədbirin sonunda Peşə Tədris Mərkəzində təhsil alan YAP üzvlüyünə qəbul edilmiş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz