Nümayəndə günü

30 mart 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində nümayəndə günü keçirilib.
Öncə 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nümayəndə günüTədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışıb.
RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“31 Mart – Azərbaycanlıların Soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsi”, “Novruz bayramına həsr edilmiş tədbirlərin yekun nəticələri”, “İƏD-lər üzrə nümayəndəliklərdə 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqlarında səsləndirilmiş problemlərin həlli ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr” kimi məsələlər iclasın gündəliyinə daxil edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz