Seminar-müşavirə

10 aprel 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində seminar-müşavirə keçirilib.
Tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələrin müavinləri iştirak ediblər.
Seminar-müşavirəTədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev açıb.
RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İclasın gündəliyinə “Dövlət Qulluqçularının qiymətləndirilməsi barədə”, “Vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydalar”, “İƏD üzrə nümayəndəliklərdə kargüzarlıq işlərinin aparılması və müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı”, “Etik davranış qaydaları”, “Mədəni-kütləvi və ictimai-siyasi tədbirlərdə iştirak etmək”, “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliklərində yaşayış evləri üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təəssürat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin uçotunun aparılması”, “Əmək intizamı” məsələləri daxil edilib.
Müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz