Heydər Əliyev Mərkəzində növbəti açıq dərs

9 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı şəhər 3 nömrəli məktəb liseyinin XI sinif şagirdləri Ulu öndərin irsinin öyrənilməsinin növbəti məşğələsində iştirak ediblər. Dərs İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri və Rayon Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə keçib.Tarix müəllimi Vasif Cabbarov “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafın təminatçısıdır” mövzusunda şagirdlərə geniş məlumat verib. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli kadrların yetişməsi, müstəqil dövlət təsisatlarının yaranmasında Ulu öndərin müstəsna xidmətləri qeyd edilib. Bildirilib ki, açıq dərslərin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarını, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün bunları gənc nəsillərə çatdırmaqdır.
Diskussiya şəraitində aparılan açıq dərsdə şagirdlərin sualları cavablandırılıb.
Dərs Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
Gülnarə Mirzəliyeva

Şərh Yaz