Yaddas kitabcasi

Şair, hörmətli ziyalı, təəssübkeş vətəndaş

Aprel ayının 9-da Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində kəndin yetirməsi, RİH-in aparıcı məsləhətçisi, Azərbaycan dili və ədəbiyyatı müəllimi, şair Murad Məhərrəmovun “Mənim payız kədərim” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.Şair, hörmətli ziyalı, təəssübkeş vətəndaşMəktəb direktorunun müavini Ağalar Bədəlov şairin həyat və yaradıcılığı barədə geniş məlumat verib. Məktəb şagirdlərinin ifasında M.Məhərrəmovun vətənpərvərlik, vətəndaşlıq, həqiqət, mübarizlik aşılayan şeirlərindən nümunələr səslənib.
Məktəbin müəllimlərindən Səmayə Rəhimova, Qalib Ağayev, Hacalı Səlimov, tədbirə dəvət olunanlardan Yeniyol kənd tam orta məktəbinin müəllimi Səlahəddin Mirzəyev, “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya (Talıstanlı), “İsmayıllı yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Dağlaroğlu, Rayon Təhsil Şöbəsinin Həmkarlar Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək şair Murad Məhərrəmovun poeziya meydanının genişliyindən, qəlbindən süzülən şeirlərin dəyərli ədəbiyyat nümunələri, həmçinin özünün hörmətli ziyalı, təəssübkeş vətəndaş olmasından, digər xoş məziyyətlərindən danışıblar.
Murad Məhərrəmov onun şeir dünyasına həsr olunan tədbirə görə məktəbin müəllim və şagird kollektivinə, qonaqlara təşəkkürünü bildirib. Müəllif yaxın vaxtlarda daha bir kitabın işıq üzü görəcəyini deyib.
Məktəbin direktoru Elxan Bədəlov tədbirin hazırlanmasında zəhməti olanlara təşəkkürünü çatdırıb.

“Yaz” yaza bildi

Buludlar səmaya, otlar torpağa,
Lalələr döşlərə “yaz” yaza bildi.
İlıq bir nəfəsə bəndmiş budaqlar,
Xəzan görmüşlərə “yaz” yaza bildi.

Güldü bənövşələr, ətri özündə,
Bulaqlar söylədi ilkin sözün də.
Dağların əlləri qaldı üzündə,
Dövran sürmüşlərə “yaz” yaza bildi.

Г‡ayların nəğməsi ötdü dilində,
Yuyundu təbiət yağış selində.
Odlu qələmini tutub əlində,
Şimşək atəşlərə “yaz” yaza bildi.

Nazlandı şəlalə gümüşü tellə,
Bülbülün ülfəti çiçəklə, güllə.
Г‡obanın nəğməsi şipşirin dillə,
Yaşıl örüşlərə “yaz” yaza bildi.

Bir arzum dərədə, birisi yalda,
Sağımda bahardır, tufandı solda.
Г‡içəklər boylanıb düzüldü yolda,
Şəhid olmuşlara “yaz” yaza bildi.

Ürəyim altda
Vəfası gözəlin bu qədərdisə,
Г‡əkdiyim hicranlar boş, hədərdisə,
Alın yazısıdır bu qədərdisə,
Qoy qalsın bu sevda ürəyim altda.

Mehri, məhəbbəti olmayacaqsa,
Bomboş piyaləsi dolmayacaqsa,
Laləsi saçını yolmayacaqsa,
Qoy qalsın bu sevda ürəyim altda.

Ağrı-acısı var ötən günlərin,
Bağları gözəldir, bulağı sərin.
Dərmək olmayırsa barın-bəhərin,
Qoy qalsın bu sevda ürəyim altda.

Saralmış bir tala, çəmən kimisə,
Azmış bulud kimi, duman kimisə,
Boyat bir xatirə, güman kimisə,
Qoy qalsın bu sevda ürəyim altda.

Mən özüm yansam da, o yanmayacaq,
Qəflət yuxusundan oyanmayacaq.
Haylasam nə qədər, dayanmayacaq,
Qoy qalsın bu sevda ürəyim altda.

Bir az həsrəti var, bir az hicranı,
Mələk misallıdır etibar hanı?
Götürüb gözünə zərli dünyanı,
Qoy qalsın bu sevda ürəyim altda.

“İsmayıllı xəbərləri”Şair, hörmətli ziyalı, təəssübkeş vətəndaş
Şair, hörmətli ziyalı, təəssübkeş vətəndaş

Şərh Yaz