Tolerantlıq – milli mənəvi dəyərlərimiz

XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə, ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyyələndirmək olar.Tolerantlıq - milli mənəvi dəyərlərimizİqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan “sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə etmişlər və edirlər.
Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər.
Tolerantlıq latınca “tolerare” kökündən törəyib “dözmək, səbir etВ¬mək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir verməmək, yaxşı qarВ¬şılamaq” mənalarını verir. Tolerantlıq tarix boyunca fərqli dönəm, fərqli ölkə, fərqli din, fərqli millət və dövlətlərdə bir-birindən olduqca fərqli formalarda təzahür etmişВ¬dir. Bu, müvafiq dövr, ölkə, din, millət və dövlətin ümumi ənənələri, siyasi sistemləri, dini dəyərləri, irqi, dini, cinsi və dil xüsusiyyətlərinə görə tarixi fikir və fəaliyyətləri ilə əlaqəlidir. Bu baxımdan bəşəriyyət üçün ümumi bir tolerantlıq anlayışından bəhs etmək qeyri-mümkündür.
Tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada kilsədə baş verən dinlə əlaqəli münaqişə və toqquşmalar nəticəsində aktuallaşmağa başlayıb. Tolerantlığın ortaya çıxmasındakı məqsəd dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra baş verən 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi.
Məlumdur ki, İslam dininin dünyanın müxtəlif bölgələrində yayılması ilə bağlı uzun illər belə bir fikir formalaşmışdır ki, guya İslam dini zor gücünə, “qılınc gücünə” yayılmışdır. Hətta, xüsusən Azərbaycanda insanların şüurunda belə bir fikir formalaşmışdır ki, “ bizə dini qılınc gücünə təbliğ ediblər, biz qılınc müsəlmanıyıq” Əgər həqiqətən belə olsaydı bu gün Azərbaycan ərazisində yaşayan qədim Alban tayfalarının xristian nümayəndələri olan Udilər də xristianlıqdan uzaqlaşdırılaraq müsəlmanlaşdırılardı. Halbuki, III-IV-cü əsrdən xristian olaraq bu ərazilərdə yaşayan Udilər öz inancları və dinləri olan Xristianlığa etiqad etməkdədirlər. Məşhur şərqşünas alim akademik V.V.Bartold yazırdı ki, İslamın yayılması zamanı nə xristianlar, nə də zərdüştlər təqibə məruz qalmamışlar. Bu da bir daha sübut edir ki, nə İslam dini, nə də azərbaycanlılar tarixin heç bir dönəmində digər dinin mənsublarına sərt, qərəzli yanaşmamış, tam əksinə, İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür və bu körpünün inkişaf etdirilməsi İslam inancının təməl əsasıdır.
Azərbaycan tolerantlıq ənənələri ilə zəngin olan dövlət olmaqla yanaşı, tolerantlığa nümunə ola biləcək dövlətlərdən biri və birincisidir. Belə ki, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşması, müxtəlif dinə, inanca, məzhəbə mənsub olan insanların qarşılıqlı anlayış, sevgi, hörmət və ehtiram içərisində yaşaması bunu bir daha sübut edir. Ölkə əhalisinin sayının on milyona çatması sevindirici haldır. Eyni zamanda, əhalinin 96 faizini müsəlmanlar, qalan hissəsini isə digər dinlərin mənsubları olan vətəndaşlar təşkil edir. Əhalisinin böyük hissəsi müsəlman olan bir ölkədə digər dinlərə və inanclara mənsub insanlarla birlik və bərabərlik içərisində yaşaması heç də təsadüfi deyildir. Bəs, Azərbaycanın tolerant bir dövlət olmasının səbəbləri nədir? Azərbaycan böyük “İpək yolunun” üzərində, şərqlə qərbin qovuşmasında yerləşməsidir ki, “İpək yolu”yla ticarət mallarının, əmtəənin nəqli ilə yanaşı böyük şərq və qərb mədəniyyətlərinin, dinlərin, məzhəblərin kəsişməsi və bu əraziyə sirayət etməsi bu coğrafiyada yaşayan insanın tolerant olmasına öz töhfəsini vermişdir. İkincisi, sufizm hərəkatıdır ki, Azərbaycan insanı tolerantlığının bir hissəsini burdan qazanmışdır. Г‡ünki sufiliyin təməl əsasını insan amili təşkil edir. Üçüncüsü isə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tolerantlıq siyasətidir. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu iqtisadi-siyasi siyasətin nəticəsidir ki, bugünkü gündə Azərbaycanda istər dinlərarası, istər məzhəblər arası, istərsə də millətlərarası tolerantlıq dünyaya örnək ola biləcək səviyyədədir.
1995-ci il noyabr ayının 16-da keçirilmiş UNESCO-nun baş konfransının qərarı ilə bütün dünyada 16 noyabr Tolerantlıq günü kimi qeyd olunur. Həmin ildən dörd il sonra ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda da 16 noyabr tolerantlıq günü kimi qeyd olunur. Təbii olaraq, tolerantlıq yalnız bir gün qeyd olunmaqla qurtarmamalıdır. Bu gün tolerantlığı ölkəmizin və həyatımızın hər sahəsində dində, təhsildə, siyasətdə, mədəniyyətdə və s. görmək olar. Artıq Azərbaycanda tolerantlıq həyat tərzinə çevrilmişdir. Tolerantlıq hüquqi ehtiyac olmaqla yanaşı, eyni zamanda, mənəvi bir ehtiyacdır. İnsan övladı maddi ehtiyaclarını qarşıladığı kimi, eyni zamanda, mənəvi ehtiyaclarını da qarşılamalıdır ki, bunlardan biri də etik-əxlaqi davranışların tənzimlənməsində əvəzolunmaz rola malik olan xoşgörü və tolerantlıqdır. Xoşgörü ehtiyacının qarşılanması və tələbat olaraq önlənməsinin tək yolu insanların elmlənməsi və maarifləndirilməsidir. Düzgün, elmi əsaslara söykənən, xurafatdan, bölücülükdən uzaq elmlə insanlar maarifləndirilərsə, tolerantlıq anlayışı daha da inkişaf edər və istər insanlar arasında, istərsə də beynəlxalq səviyyədə qarşılıqlı sevgi, hörmət, ehtiram daha da artar.
Dünyada və ələlxüsus müsəlman şərqində baş verən proseslərə nəzər saldıqda ana yurdumuz olan Azərbaycanımızın bugünkü gündə terrordan, çaxnaşmalardan, məzhəblərarası və etnik çəkişmələrdən uzaq olması bir daha ölkə rəhbərliyinin uğurlu siyasət apardığını sübut edir. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən əsas vəzifələrdən biri də bu istiqamətdə ölkə başçısının siyasətinə dəstək olmaq və bütün gücü ilə köməklik etməkdir.
Rəşid Məmmədov,
İsmayıllı RTŞ- nın metodisti

Şərh Yaz