Xarici dil üzrə bayram

E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin zalında bir bayram əhval-ruhiyyəsi yaşanırdı. Məktəbin 3-cü sinif şagirdləri ingilis dili fənni üzrə əlifbanı başa vurmaqları münasibətilə “ABC PARTY” (əlifba bayramı ) keçirirdilər.Xarici dil üzrə  bayramFənn müəllimi Cəmilə Səlimovanın kiçik fidanlarla birgə tədbirin təşkil olunmasına çox böyük əmək sərf etdiyi tədbirin gedişindən hiss olunurdu. Hər bir hərfin canlı ifası dinləyənləri heyran qoymuşdu. Sunay Balakişiyeva, Günay və Humay Daşdəmirlilərin ingilis dilində ifa etdikləri musiqi nömrələri zaldakı qonaqların heyrətinə səbəb oldu. Şagirdlərin iştirakı ilə səhnəciklər, rəqs nümunələri, şeirlər zalda oturan hər kəsin gurultulu alqışları ilə qarşılandı. Tədbirdə RTŞ-nin metodistləri Sədəf Mikayılova, Sevda İsmayılova, Xalid Abdullayev, Göyçay şəhər 7 nömrəli məktəbindən ingilis dili müəllimi Günel Əhmədova iştirak edirdi.
Məktəbin direktoru Əhmədağa Ələkbərov şagirdləri və onların müəlliməsi Cəmilə Səlimovanın əməyini yüksək qiymətləndirmişdir.
Sonra söz, gələn qonaqlar adından Sədəf Mikayılovaya verildi. Sədəf müəllimə şagirdlərin ifalarını heyranlıqla seyr etdiyini xüsusi vurğuladı. Tədbirdən xüsusi zövq aldığını, bir anlıq uşaqlıq illərinə qayıtdığını qeyd etdi, RTŞ-nin və öz adından müəllimə dərin təşəkkürünü bildirdi.
Göyçay şəhərindən gələn Günel Əhmədova tədbiri yüksək qiymətləndirdi və məktəblər arasında təcrübə mübadiləsi aparılacağını, bir-birimizdən çox şey öyrənməli olduğunu bildirdi.
Sonda uşaqlar və qonaqlar xatirə şəkilləri çəkdirdilər.
Əsli Süleymanzadə

Şərh Yaz