Müəllimlər arasında şahmat yarışı

Təhsil işçilərinin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışı başa çatmışdır. Müəllimlər arasında şahmat yarışıYarışda 25 nəfərdən çox təhsil işçisi qədim intellektual idman oyununda öz güclərini sınamışlar. Maraqlı keçən yarışda şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Arif Babayev I yeri, şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Aydın Rəhimov II yeri, Qubaxəlilli kənd tam orta məktəbinin müəllimi Famil Səfərov III yeri, Təzəkənd kənd tam orta məktəbinin müəllimi Şərafəddin Rzayev IV yeri tutmuşlar. Qaliblər RTŞ-i və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplomu və pul mükafatı ilə qiymətləndirilmişdir. Birinci yeri tutan Arif Babayev aprel ayının sonunda Bakı şəhərində keçiriləcək Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanmışdır.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK- nın sədri

Şərh Yaz