Könüllülük fəaliyyətini artırmalıyıq

Könüllülük fəaliyyətini artırmalıyıqİsmayıllı gənclərinin könüllülük fəaliyyətini artırmaq məqsədilə 2 aprel 2015-ci il tarixdə rayon Gənclər və İdman İdarəsi İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci gənclərinin birgə görüşünü keçirib.Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov könüllü və könüllülük haqqında gənclərə məlumat verib və bildirib ki, kollecin açılması rayona qaynar gənclik həyatı gətirmiş və gənclərin ictimai fəallığı artmışdır.
Görüşdə diqqətə çatdırılıb ki, bu il Azərbaycanda keçiriləcək “Bakı-2015” Avropa Oyunları çərçivəsində regionlarda da çoxsaylı tədbirlərə yer veriləcəkdir. Bu tədbirlərdən biri də İsmayıllı rayonunda baş tutacaq. Rayona gələn turistlərin qarşılanması, tədbirin tərtibat işlərinə kömək məqsədilə tələbələr arasında könüllülər seçilib və onlara görüləcək işlər barədə məlumat verilib. Tələbələr Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın yürütdüyü siyasətin uğuru kimi dəyərləndiriblər.
Şəhla Qafarova

Şərh Yaz