Təşəkkür məktubu

Hörmətli Mirdaməd müəllim!Son iki ildə İsmayıllı rayonunda rəhbərliyiniz altında aparılan tikinti-abadlıq işləri məni çox sevindirir. Vətəndaşlara məxsus fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilir, köhnə hasarlar yeni üslubda tikilir, Həyətlərin darvaza və qapıları dəyişdirilir, yeni səkilər salınır, küçələr asfaltla örtülür, müasir lampalarla işıqlandırılır. Bir sözlə, şəhərin siması sürətlə dəyişir və gözəlləşir. Görülən işlər sizin rəhbərliyiniz altında icra aparatının gərgin səyi və çalışqanlığı nəticəsində başa gəlir.
Siz, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə İsmayıllı rayonuna icra başçısı təyin edilən ilk günlərdə qəbulunuzda oldum, illərlə həllini tapa bilməmiş problem (ticarət obyektinin sənədləşdirilməsi) ilə bağlı müraciət etdim. Problemin həll olunması üçün dərhal göstəriş verdiniz, “qlobal məsələ”yə çevrilmiş bu problem nəhayət ki, öz həllini tapdı. İsmayıllı şəhərinin 30 A məhəlləsində inşa etdiyim ticarət obyektinin sənədləri tam rəsmiləşdirildi. Bu hadisə ailəmizin sevincinə səbəb oldu. Yeri gəlmişkən onu da qeyd edim ki, illərdən bəri davam edən xəstəliyimə sanki tamamilə son qoyuldu.
Bütün bunlara görə cənab İlham Əliyevə, Sizə və ailənizə özümün və ailəmin adından uzun ömür, möhkəm can sağlığı, işlərinizdə nailiyyətlər və xoşbəxtlik arzulayıram.
Muhiddin Fətullayev,
İsmayıllı şəhər sakini

Şərh Yaz