İnsan amili diqqət mərkəzindədir

20 ilə yaxındır ki, müəllim işləyirəm. Tarixçi olduğumdan mənə müasir Azərbaycanın qazandığı uğur və nailiyyətlər barədə danışmaq, eşitmək, bildiklərimi şagirdlərə çatdırmaq daha xoşdur.2 il əvvəl İsmayıllıda baharı rayona yenicə təyin olunmuş İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə qarşıladıq. Bu bahar əvvəlkilərdən rayonda qısa müddətdə yaradılan sabit və insanları sabaha, irəliyə, inkişafa səsləyən durumla fərqləndi. Həmin ilin avqust ayında ölkə prezidenti İlham Əliyev İsmayıllıya səfər etdi. Onun görülən işlərdən razılıq etməsi əslində, rayon əhalisinin ümumi fikrinin ifadəsi idi.
Rayona Əməkdar elm xadiminin başçılıq etməsi bütün sahələrə baxışda elmin, təhsilin və iqtisadiyyatın ön plana çəkilməsi onu göstərdi ki, Azərbaycanda insan amili dövlətin, Prezidentin diqqət mərkəzindədir. Ölkə rəhbərinin 2014-cü ilin sentyabrında rayonumuza gəlməsi, görülən işlərə yüksək qiymət verməsi bir daha göstərdi ki, ölkədəki inkişaf məhz insanların sosial rifah halının yüksəldilməsinə yönəldilib.
Müəllimin işi öyrətməkdir. Etiraf etməliyəm ki, son iki ildə öyrətməklə yanaşı müəllim kimi, özümüz də çox şeyi öyrəndik. Öyrəndik ki, yurdunu, vətənini sevən insan onun tərəqqisi üçün çalışdıqca sevilir və uca tutulur. Pedaqoji kollektivimizdə apardığımız müzakirələr zamanı dəfələrlə bu qənaətə gəlir, bu fikirləri təkrarlayırıq.
Şahin Kərimov,
tarix müəllimi

Şərh Yaz