Dövlətimizin rəhbərini alqışlayıram

Yaxşıları tərif etməyə ehtiyac yoxdur. Onları sevmək, qorumaq, təbliğ etmək lazımdır.Bu ifadələri rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun nitqindən vətəndaşlarla keçirdiyi görüşlərdə, tədbirlərdə dəfələrlə eşitmişəm. Hər dəfə düşünmüşəm ki, çalışqanlığı ilə seçilən insanlara verilən dəyər əslində, yetişən nəslin haqqa, ədalətə, zəhmətkeşliyə, vətənpərvərliyə istiqamətlənmiş düzgün tərbiyə üsuludur.
Tez-tez rayon mərkəzinə çıxıram. Burada yaşıdlarımla görüşüb keçmişi xatırlayır, gələcəkdən söz açıram. Gündən-günə yeniləşən İsmayıllı barədə söhbətlərimiz bitib-tükənmək bilmir. Yeni tikililər, təmir olunan küçə və meydanlar, təhsil, mədəniyyət, aqrar, idman və digər sahələrdə qazanılan uğurların sorağı bizi sevindirir. Sevinirəm ki, yaşımın bu çağında da olsa, İsmayıllımızın çiçəklənməsini görmək mənə də nəsib oldu.
Ən böyük sevincim odur ki, rayonda insanlara vəzifəsinə, imkanına görə deyil, ölkənin vətəndaşı olduğuna görə hörmət qoyulur, diqqət göstərilir. Bu günləri görmək məni sevindirməklə bərabər kövrəldir. Yüksək vətəndaşlıq qüruru ilə dövlətimizin rəhbərini alqışlayıram.
İnanıram ki, düzgün seçim və yanaşma hesabına rayonumuz durmadan inkişaf edəcək, yaşlılara, gənclərə, körpələrə göstərilən diqqət və qayğı yaxın gələcəkdə daha aydınlıqla bəhrəsini verəcəkdir.
Niyaz Ağayev,
Böyük Vətən müharibəsi veteranı

Şərh Yaz