İnkişafın davamını görəcəyik

Bu il 60 yaşım tamam oldu. Bu illərdən 55-ni İsmayıllıda yaşamışam. Sadə zəhmət adamıyam. Avtomobil ustasıyam. Yerimi-yurdumu vətəndaş təəssübkeşliyi ilə sevirəm. Əvvəllər başqa şəhər və rayonlarda olanda, o yerlərdə gedən inkişafı görəndə sevinməklə yanaşı, qısqanclıq hissi keçirirdim. Fikirləşirdim ki, hər yerdə yeniləşmə getdiyi halda, niyə İsmayıllıda durğunluq hökm sürür?Narahatçılığıma hardasa iki il əvvəl son qoyuldu. Prezidentin sərəncamı ilə rayona İcra Hakimiyyəti başçısı təyin olunan Mirdaməd Sadıqovun vəzifəsinə bir yenilikçi kimi başlaması səbəbindən sanki baxımsızlıq üzündan susmuş bir mühərrik işə salındı.
İndi rayonda hər sahədə canlanma, yüksəliş, inkişaf duyulmaqdadır. Yollar, küçələr asfaltlaşdırılır və işıqlandırılır, meydanlar, parklar abadlaşdırılır, yaşıllıqlar salınır, görkəmi müasirliklə uyğun olmayan binalarda əsaslı təmir işləri aparılır, yeni binalar tikilir, iş yerləri açılır. Görülən işlərdə başlıca məqsəd insanların yaşayış tərzini yaxşılaşdırmaqdır.
İşlə bağlı ünsiyyətdə olduğum adamların hamısından söhbət əsnasında rayon rəhbərliyinin ünvanına xoş sözlər eşidirəm. İnsanların yaxşılıqları görüb dəyərləndirə bilməsi çox yaxşı haldır. Zəhmətkeş, halal, imanlı adamlar məhz bu cür düşünürlər.
Güman edirəm ki, bütün bunlar hələ işin başlanğıcıdır. 2015-ci ilin baharı ilə İsmayıllıya gələn inkişafın davamını və yenilikləri inşallah, tezliklə görəcəyik.
Bir mütəxəssis kimi, yaxşı bilirəm ki, sükan etibarlı əldədirsə, seçilən yol uğurla başa çatdırılacaq.
Mərdan Hüseynov,
şəhər sakini

Şərh Yaz