Bayramqabağı yarmarka

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qala” divarları önündə 14-20 mart tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.Bayramqabağı yarmarkaYarmarkada rayonda fəaliyyət göstərən fermerlər istehsal etdikləri məhsullarla təmsil olunublar.
İsmayıllıda Novruz bayramı ərəfəsində keçirilən yarmarkada məqsəd rayon sakinlərini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək olub. Satışa çıxarılan məhsulların əksəriyyəti rayonun emal müəssisələrində istehsal olunub. Burada meyvə-tərəvəz, ət, süd, yağ, pendir, xama, arpa, buğda və digər məhsullar bazar qiymətindən 25-30 faiz aşağı qiymətə təklif olunub. Məhsulların keyfiyyəti və qiymətlərin münasib olması alıcılar tərəfindən razılıqla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz