Dağ çiçəkləri

Dağ çiçəkləriAçıl, bənövşəm

Günəş çıxmır buluddan,
küsənibdir bizlərə,
Səni görsə, fərəhlə
nur ələyər düzlərə,
Açıl, bənövşəm, açıl!
Ömrümün qış fəslidir,
qürubumda göynərəm,
Qorxuram ki, gecikər,
bu baharı görmərəm,
Açıl, bənövşəm, açıl!

Dünyanın hər dərdini
mən öz dərdim bilirəm,
Г‡ox ağırdır taleyim,
səni bəxtim bilirəm,
Açıl, bənövşəm, açıl!

Zaman hər gün sərtləşir,
daşa dönür çox ürək,
Əsəbləri soyudan
zərif gözəllik gərək,
Açıl, bənövşəm, açıl!

Hər yanda say-hesabsız
ağlayan, ağladan var,
Mələk təbəssümüsən,
hamı sənə ram olar,
Açıl, bənövşəm, açıl!

Generalın gözündə,
şəhidin yarasında,
Silahın tətiyində,
səngərlər arasında
Açıl, bənövşəm, açıl!

İnsan Tanrı nurudur,
nur kimi də var olsun!
Min ildir qışdır dövran,
min il də bahar olsun!
Açıl, bənövşəm, açıl!
Oqtay İsmayıllı

Qoy qalsın

Vəfası gözəlin bu qədərdisə,
Г‡əkdiyim hicranlar boş, hədərdisə,
Alın yazısıdır, bu qədərdisə,
Qoy qalsın bu sevda ürəyim altda.

Mehri, məhəbbəti olmayacaqsa,
Bomboş piyaləsi dolmayacaqsa,
Laləsi saçını yolmayacaqsa,
Qoy qalsın bu sevda ürəyim altda.

Ağrı-acısı var ötən günlərin,
Bağları gözəldir, bulağı sərin,
Dərmək olmayırsa barın- bəhərin,
Qoy qalsın bu sevda ürəyim altda.

Saralmış bir tala, çəmən kimisə,
Azmış bulud təki, duman kimisə,
Boyat bir xatirə, güman kimisə,
Qoy qalsın bu sevda ürəyim altda.

Mən özüm yansam da, o yanmayacaq,
Qəflət yuxusundan oyanmayacaq,
Haylasam, geriyə boylanmayacaq,
Qoy qalsın bu sevda ürəyim altda.

Bir az həsrəti var, bir az hicranı,
Mələk misallıdır, etibar hanı?
Götürüb özümə gəzim dünyanı,
Qoy qalsın bu sevda ürəyim altda.
Murad Məhərrəmov

Nə var ki …
(Toyda yazılmış şeir)

A bəy, bu gün sənin bəxtinə düşən
Paydan gözəl bu dünyada nə var ki …
Sevgilin nur saçan aya bənzəyir,
Aydan gözəl bu dünyada nə var ki …

Kam al ömründəki hər ay, hər ildən ,
Bir gözəl almısan gözəl nəsildən .
Gözəl addan, gözəl əsil, nəsildən ,
Soydan gözəl bu dünyada nə var ki …

Ruzunuz gəlməsin oğru, bədhaqdan,
Gəlsin halallıqla Tanrıdan, Haqdan.
Doğru sözdən, düz əməldən, düz haqdan–“
Saydan gözəl bu dünyada nə var ki …

Vətən olmaz hər obadan, hər eldən,
Xeyir gəlməz hər əməldən, hər əldən .
Doğmalarla ötüb gedən hər ildən ,
Aydan gözəl bu dünyada nə var ki …

Nazir ziyalanır duzdan – çörəkdən,
Duaçıdır, diləkçidir fələkdən .
Dostlar, toydur, deyib-gülün ürəkdən,
Toydan gözəl bu dünyada nə var ki …
Nazir Ziya Talıstanlı

Savaşacan

Bilmirəm necə gəlmişəm,
Mən o yaşdan bu yaşacan.
Bircə qarış yol var imiş,
Hər o başdan bu başacan.

Üstündən meyvə dərmişəm,
Dərib üstümə sərmişəm.
Zəhmətdə ruzi görmüşəm
Hər yetişən sərt qışacan.

Yatıb yuxu görməmişəm,
Durub çələng hörməmişəm.
Nəfəsimi dərməmişəm,
Oturduğum bu başacan.

Həsrətindən yanır içim,
Ora nə vaxt dönər köçüm?
Yaşayardım Şuşa üçün,
Bir müqəddəs savaşacan.
Cəbrayıl Hüseyn

Həsrətində qaldığım zəng

8 Mart günüdür, ürəyim dolub,
Sanki həzin ötən qəmli bir neyəm.
Qulağım telefon zəngində qalıb,
Sənin bir zənginin həsrətindəyəm.

Bu gün bu yer üzü, bu böyük dünya,
Asılıb qəlbinin daşından sənin.
Bu iki kəlməni söyləsən, guya,
Tacın düşəcəkmiş başından sənin.

Hörmətlə edildi zənglərin çoxu,
Sağ olsun dostlar var, qardaş, bacı var.
Dünyada bir zəng var, bu zəngə axı,
Bütün qadınların ehtiyacı var.

Bu zəngin dəyəri nə idi mənə,
Niyə anlamadın, niyə duymadın?
Nə deyim, a gülüm, nə deyim sənə,
İkicə kəlməni mənə qıymadın.

Nisgilim sel olub axdı üzümdən,
Barı ürəyimi dinclik alaydı.
Bayramın özü də düşdü gözümdən,
Kaş bu gün adicə bir gün olaydı.
Südabə Şeyda

Niyə məni daş doğmadın, ay ana

Ömrü boyu ağrı-acı tanıdım,
Niyə məni daş doğmadın, ay ana!
Hədəf oldm, sındı qolum, qanadım,
Niyə məni daş doğmadın, ay ana!

Zülüm oldu bu dünyaya gəlişim,
Axı mənim bu dünyada nə işim?!
Nisgil, həsrət, qəhər imiş bəxşişim,
Niyə məni daş doğmadın, ay ana?

Fələk mənə öz göyündən daş atdı,
Г‡armıx qurdu, cəhənnəmi yaşatdı.
Xırpaladı varlığımı daşaltı,
Niyə məni daş doğmadın, ay ana?

Deyirlər ki, daşın da öz dərdi var,
Qurunun da, yaşın da köz dərdi var.
Ürəyin də, başın da yüz dərdi var,
Niyə məni daş doğmadın, ay ana?

Daşın dərdin qaya çəkir, dağ çəkir,
Gedən gedir, əzabını sağ çəkir.
Allah mənə niyə bunca dağ çəkir,
Niyə məni daş doğmadın, ay ana?

Dua elə, könlüm-gözüm açılsın,
Sevinc bilim, gülsün, üzüm açılsın.
Gecəm ötsün, qoy gündüzüm açılsın,
Axı mənı daş doğmadın, ay ana!
Xatın

Qurdun qohumlığu

Açıb başına oyun,
Qurdun qızına qoyun
Sevincək elçi getdi.
Oğluna nişan etdi.
Əlinə yaxdı xına,
Sevindi qoyun ana:
–“ Arxa tapdım oğluma,
Kim nə deyər toğluma?
Geyindi al donunu,
Düşünmədi sonunu.
Guya qohum oldular.
Qoyunu tam yoldular.
Səhvini gec anladı,
Öz-özünü danladı.
Г‡ırpdı, döydü özünü,
Kor eylədi gözünü.
Gül kimi açdı, soldu…
Qoyunun bircə oğlu
Qurdlara yemlik oldu.
Xalıq Yusifoğlu

Sona anaya

Ağrıdan, acıdan keçdi yolların,
Oğul, qız böyütdü zərif qolların.
Xatirəsi qalıb ötən illərin,
Haqqa qovuşmusan Sona anamız.

Oğlunun, qızının yanağı solub,
Həyətdə ağaclar saçını yolub
O qədər qayğıkeş, mehriban olub,
Qəlbən ana deyib ona anamız.

O gün, yetişəndə ayrılıq dəmi,
Gedişin ağlatdı bütün aləmi.
Cənnətin geyimi budur, eləmi?
Girmişdin bəmbəyaz dona, anamız?
Şərqiyyə Balacanlı

Qırmayaq biz ürəkləri

Məndən salam olsun yoldaşa, yara,
Salamım qoy olsun hər dərdə çara,
Sevək, sevdalanaq, vurmayaq ara,
Dost edək könülə xoş diləkləri.

Təmiz baxışlarla gözlərə baxaq,
Könüldən-könülə duyğutək axaq,
Laləni, nərgizi sinəyə taxaq,
Oxşayaq, qoxlayaq biz çiçəkləri.

Ulduzlar sayrışıb göylərdə coşsun,
Sevgi qanadlanıb dağları aşsın,
Dənizlər, dəryalar kükrəsin, daşsın,
Görməyək tez əsən sərt küləkləri.

Məhəbbət gözündən qovub yuxusun,
Alaq onun ətrin, alaq qoxusun,
Yaşayaq sevgiylə ömrün çoxusun,
Qırmayaq, qırmayaq biz ürəkləri.
Gülxar Cəbiqızı

Doğmalar

Sola baxdım anamı
Göylərdən uca gördüm.
Sağa baxdım atamı
Dağlardan qoca gördüm.

Arxamdadır qardaşım,
Qorxum yoxdur heç nədən.
Qarşımda durur bacım,
Saf, təmizdir çeşmədən.

Həyatda xoşbəxt olaq,
Can verək elmə, işə.
Biz mehriban yaşayaq,
Ömrü boyu, həmişə.

Birlikdədir xoşbəxtlik,
Əzizik, doğmayıq biz.
Sevirik, sevilirik,
Əbədidir sevgimiz.

Necə şirin arzuyla
Ömür eyləyirik biz.
Ata-anadan gəlir
Bütün sevgilərimiz.
Aidə Gədəbəyli

Nə mənimdi, nə sənindi bu dünya

Gəlişi sevincdi, kədərdi sonu,
Gedəndə beş arşın kəfəndi donu.
Qınama bu elin şair oğlunu,
Nə mənimdi, nə sənindi bu dünya

Adəmin də bu dünyada izi var,
Alimlərin, şairlərin sözü var.
Hər gələnin, hər gedənin gözü var,
Nə mənimdi, nə sənindi bu dünya

Bu dünyada mənəm deyən çox olub,
Qanlar tökən qılınc olub, ox olub.
Dünya qalıb, mənəm deyən yox olub,
Nə mənimdi, nə sənindi bu dünya.

Bu dünyadır hər bir kəsin məkanı,
Haqdan gəlir, hər gərdişi, təkanı.
Bir Allahın əlindədir sükanı,
Nə mənimdi, nə sənindi bu dünya.
Mirəli İsmayıllı

Niyə
Mənim bu dünyaya bir sualım var:
Analar nə üçün dərdli olurlar?
Cənnət ayaqları altındadırsa,
Bəs niyə sonunda dərdlə ölürlər?

Ana var qatlanır hər bir əzaba,
Onu ömrü boyu zülüm gözləyir.
Dünya əzabına dözə bilməyib,
Bəzən Tanrısından ölüm gözləyir.

Vətəni, torpağı qorumaq üçün,
Dünyaya övladlar bəxş edir ana.
Canından ayırıb canın versə də,
Bəs niyə övladlar can vermir ona?

Analar, hər dərdə məhkum analar:
Onların hər ömrə nuru tökülür.
Verib nəyi varsa balalarına,
Köçürlər dünyadan beli bükülü.
Rüstəm Məbudoğlu

Xəyanət
Bir fərman yazıldı gizli, məkrli,
Bir qara niiyyətə kökləndi əllər.
Bir fitva verildi keşiş dilindən,
Məhv oldu bir şəhər, evlər, nəsillər.

Qəfil güllə səsi, qəfil od, atəş,
Ucaltdı göylərə insan ahını.
Bu vəhşi xəyanət nədir, nədəndir,
Qaraltdı millətin xoş sabahını.

Hamı əliyalın, çaşqın, köməksiz,
Г‡öllər qar içində, şaxta, ayazdı.
Xainlər amansız, qansız, ürəksiz,
Qara niyyətini tarixə yazdı.

Tanrım, necə olur həyat məhvəri,
Dönür öz oxundan, belədən-belə.
Bu dünya insana qalandan bəri,
Belə bir xəyanət olmayıb hələ.
Turac Məmnun,
Buynuz kəndi

Səhifəni hazirladı: Nazir Ziya Talıstanlı,
“Dağ çiçəkləri“ ədəbi məclisinin rəhbəri

Şərh Yaz