Kamil yenə birinci olub

Kamil yenə birinci olubKamil 2015-ci ilin əvvəllərində ilk yarışa çıxmış və həmişə olduğu kimi, çempion adını qazanmışdır. Martın 13-15-də poverliftinq üzrə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında iştirak edən Kamil Qafarov yenə birinci olmuşdur. Bu yarışda iştirak edən idmançıların əksəriyyəti Avropa və dünya çempionlarından ibarət idi. Ona görə də bu yarışı “kiçik dünya çempionatı” adlandırırlarHəmyerlimiz, rayon polis şöbəsinin əməkdaşı Kamil də bu birinciliyə qatılmışdır. 11 dəfə respublika, 3 dəfə Avropa, iki dəfə dünya çempionu, 6 dəfə dünya kubokunun sahibi, Azərbaycan və Rusiyanın idman ustası, dünya rekordçusu K.Qafarov 82,5 kiloqram çəkidə çıxış edərək 200 kiloqram nəticə ilə çempionatın qızıl medalını boynundan asmışdır. Qarşıda həmyerlimizi daha mötəbər yarışlar –“ Avropa və dünya birincilikləri gözləyir. Ona yeni-yeni uğurlar arzulayırıq.
Kamran Məlikzadə
Kamil yenə birinci olub

Şərh Yaz