Görüş-qəbullar

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vətən torpağı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan mərd həmyerlilərimizin bir qrupunun həyat yoldaşları ilə RİH-in konfrans zalında görüş keçirib. Başçı onların əmək məşğulluğu, ailə vəziyyətləri, qayğı və ehtiyacları ilə maraqlanıb.
Görüş-qəbullarGörüş-qəbullar
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vətən torpağı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan mərd həmyerlilərimizin bir qrupunun həyat yoldaşları ilə RİH-in konfrans zalında görüş keçirib. Başçı onların əmək məşğulluğu, ailə vəziyyətləri, qayğı və ehtiyacları ilə maraqlanıb.
Laçın rayonundan olan məcburi köçkün – Qəhrəman ana, şairə Г‡içək Azərbaycan qadınına həsr etdiyi şeiri oxuyub. Tədbirdə iştirak edən qadınlar şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə minnətdarlıq edib, səmimi görüş üçün başçıya təşəkkürlərini bildiriblər.

**

Görüş-qəbullar

Fevral ayının 16-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Tağlabiyan kəndində sakinlərlə görüş-qəbul keçirib.
İcra başçısı çıxış edərək kənd sakinlərini salamlayıb, Prezident İlham Əliyevin İsmayıllıya göstərdiyi diqqət və qayğıdan, Respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, rayonda uğurla həyata keçirilən yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Tağlabiyan kənd sakini Mirzalı Şahbazov rayonda aparılan tikinti-abadlıq işlərindən razılıqla danışıb.
Qamət Hidayətov Kəlfərəc kəndində ibtidai məktəbinin olmaması səbəbindən şagirdlərin Tağlabiyan məktəbinə gəldiyini deyib, Kəlfərəc kəndində məktəbin açılmasını xahiş edib.
İlyas Rüstəmov kəndlər arasında elektrik ayırıcılarının qoyulmasını, Müşviq Alışov rayonda işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.
Kənddə tibb məntəqəsi üçün binanın tikilməsi, su xətinin təmir olunması da müraciət olunub.
Sonda qaldırılan problemlərin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verilib.

**
25 fevral 2015-ci il tarixdə Qalacıq kəndində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının qəbulu keçirilib.
Qəbulda Г‡əmənli kənd sakini Elşad Səmədov elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini, Fikrət Bədirov Qalacıqda tibb məntəqəsinə avtomobil verilməsini xahiş edib.
Г‡əmənli kəndində məktəbin açılmasına, kənd yolunun asfaltlaşdırılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
Sakinlər tərəfindən edilən müraciətlərlə bağlı lazımi tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz