Görəcəyimiz işlər uğur gətirəcək

YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Fevralın 28-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Konfransın işində Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP MA-nın Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov iştirak edib.
Görəcəyimiz işlər uğur gətirəcəkGörəcəyimiz işlər uğur gətirəcək

YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Fevralın 28-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Konfransın işində Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP MA-nın Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov iştirak edib.
Konfransı giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, Yeni Azərbaycan Partiyasının, eləcə də YAP Gənclər Birliyinin keçdiyi şərəfli, tarixi inkişaf yolundan danışıb, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün xalqın istəyi ilə ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkasının məhsulu olan, Ulu öndərin qüdrətindən yaranan və 23-cü illiyinə qədəm qoyan Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, müstəqil dövlətimizin qüvvətlənməsindən və qüdrətlənməsindən söz açıb.
Ə.Vahabova bildirib ki, böyük Öndərin “Dünənin və bu günün və gələcəyin partiyası” dediyi YAP yarandığı gündən öz banisinin siyasi kursuna sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkənin davamlı, sürətli inkişafındakı uğurları, atdığı imzalarla cəmiyyətdəki mövqeyini və nüfuzunu ildən-ilə möhkəmləndirməsi, ümumxalq partiyası olduğunu sübuta yetirib. 550 nəfərlə təsis konfransını keçirmiş YAP bu gün öz sıralarında Azərbaycan xalqının 650 min nəfərə yaxın ən layiqli nümayəndələrini birləşdirir.

Görəcəyimiz işlər uğur gətirəcək

1995-ci ilin iyun ayında YAP-ın Gənclər Birliyinin yaranması partiyada gənclərin həlledici qüvvəyə çevrildiyini vurğulayıb və ötən illər ərzində görülən işlərə diqqət çəkib.
YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı GB-nin sədri Taleh Salehov, hesabat dövründə rayonda gənclərin davamlı inkişafı üçün görülən işləri, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər barədə məlumat verib. Bu tədbirlərin məqsədi gənclərin fiziki və mənəvi sağlamlığı, onların savadlı, geniş dünyagörüşə malik, vətənpərvər kimi yetişməsi əsas hədəf olub. Bu istiqamətdə silsilə tədbirlər davam etməkdədir. Gənclərin sağlam həyat tərzi, onların məşğulluq səviyyəsinin artırılması, təhsilinin yüksəldilməsi, maraq dairələrinin inkişafı üçün həvəsləndirici tədbirlər görülür. Rayonumuzn tanınmış ziyalıları ilə görüşlər gənclərdə maarifçilik, elm, təhsil və mədəniyyət sahələrinə marağın artmasına təkan verir. Hesabat dövründə gənclərin YAP üzvlüyünə qəbula xüsusi diqqət yetirilib.Əvvəlki hesabat dövrü ilə müqayisədə qəbula gələnlərin sayı 25% artıb. Gənclərin 759 nəfəri təhsil, 166 nəfəri səhiyyə, 146 nəfəri mədəniyyət və incəsənət sahələrində, 449 nəfəri idarəetmə,1097 nəfəri sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində çalışır, 52 nəfəri tələbədir.
Fərəhləndirici haldır ki, 2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində gənclər parlaq qələbə qazanıb. Bələdiyyə üzvü seçilənlərin 36,3 faizini, bələdiyyə sədrlərinin, 45,2 faizini gənc YAP üzvləri təşkil edir. Bələdiyyə sədrlərinin 38,7 faizi qadınlardır. Bu göstəricilər əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bir neçə dəfə üstündür. Bu faktlar təsdiqləyir ki, gənclərimizin rayonun ictimai-siyasi həyatında fəallığı artmaqdadır.
Г‡ıxış edən YAP İsmayıllı rayon təşkilatı GB-nin üzvləri Əsli Süleymanzadə, Qönçə Ağazadə, Rəşid Məmmədov, Gülnar Mikayılova və başqaları III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclər birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxılıb, YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib.
Konfrans nümayəndələrinin yekdil səsi ilə Əsli Süleymanzadə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri, Nəsimi Teymurov və Qönçə Ağazadə isə onun müavinləri seçiliblər.

Görəcəyimiz işlər uğur gətirəcək

Konfransda çıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasətin birbaşa gənclər sektorunun inkişafına təsirindən danışıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında gücünü Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyasının sıralarının aparıcı hissəsini Azərbaycanın sağlam, intellektual gənclər ordusu təşkil etdiyini qeyd edib.Bildirib ki, bu gənclər Azərbaycanı işıqlı sabahlara, ölkəmizin inkişafı naminə uğurlu gələcəyə daşıyır. Ulu öndərin siyasi kursuna sadiq qalan, öz layiqli əməlləri ilə bu kursu davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir ki, gənclərin inkişafı, onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində dövlət proqramları həyata keçirilir.
Konfransda çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəallıq göstərdiyini, müasir və yeni düşüncə tərzi, yeni texnologiyalardan istifadə sahəsində intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfələrini verdiyini deyib. O bildirib ki, İsmayıllı gəncləri də dövlət qayğısından bəhrələnərək, ölkənin və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi, onları düşündürən problemlərin reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdə fərqlənirlər.
2015-ci il rayon gəncləri üçün uğurla başlayıb. İsmayıllı “Gənclər paytaxtı” seçilib. Bu qələbə cari ildə rayonda gəncliklə bağlı görüləcək işlərdə böyük uğurlar gətirəcəkdir.
Tədbirin sonunda partiyaya yeni qəbul olunan və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə üvülük vəsiqələri, rayon təşkilatının Fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.
Ramid Qasımov

Şərh Yaz