Regional konfrans keçirilib

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 29-30 yanvar 2015-ci il tarixlərdə regional konfrans keçirilib. Konfransda İsmayıllı ilə yanaşı Qəbələ, Ağsu, Şamaxı və Göyçay rayonlarından olan din xadimləri, dini icma nümayəndələri iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər.
Regional konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Regional konfrans keçirilibİsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 29-30 yanvar 2015-ci il tarixlərdə regional konfrans keçirilib. Konfransda İsmayıllı ilə yanaşı Qəbələ, Ağsu, Şamaxı və Göyçay rayonlarından olan din xadimləri, dini icma nümayəndələri iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər.
Regional konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfransı açaraq Azərbaycanın tarixən müxtəlif xalqların, din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirib. İcra başçısı qeyd edib ki, dahi rəhbər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Ölkənin bütün rayonları kimi İsmayıllı da gündən-günə inkişaf edir. RİH başçısı Ulu öndərin ənənələrinə uyğun olaraq milli-mənəvi, islami dəyərlərimizin qorunması istiqamətində dəyərli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Regional konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra ölkəmizdə əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, bütün sahələrdə olduğu kimi, İslami dəyərlərə söykənən Azərbaycanda milli-mənəvi dəyərlərə hörmətlə yanaşılır. Azərbaycanın dini tolerantlıq nümunəsi olduğunu, bəşəri prinsiplərə hörmətlə yanaşdığını, müxtəlif xalqların və din nümayəndələrinin bir yerdə sülh şəraitində yaşadığını önə çəkən komitə sədri, ölkədəki mövcud dini durumdan, dini tolerantlığın tarixi ənənələrindən söz açıb.
Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərindən, bu sahədə dünya dövlətlərinə nümunə ola biləcək Azərbaycanın qazandığı uğurlardan danışıblar.
Konfransın birinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci mavini Səyyad Salahlının moderator olduğu “Ənənəvi İslam dəyərləri və çağdaş problemlər” adlı ilk plenar iclasda AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov “İslam dünyasında radikalizmin yaranma səbəbləri və onunla mübarizə”, ilahiyyatçı Tariyel Rəsulov “İslamın düzgün təbliğ metodologiyası: bölgə dindarlığı kontekstində”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderator olduğu “Müasir cəmiyyətdə dini dəyərlərin təbliğinin əhəmiyyəti” adlı ikinci plenar iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb regional bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov “Ənənəvi dəyərlərin təbliğ olunması: Gerçəklik və perspektivlər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin məsləhətçisi Oqtay Orucov “Din və sosial media” adlı məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Regional konfransın ikinci günü maraqlı məruzələrlə yadda qalıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədovun moderator olduğu “Dini müxtəliflik: vəhdət naminə ənənəvi dəyərlərin yaşadılması” adlı üçüncü plenar iclasda Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi fəlsəfə doktoru Rafiz Manafovun moderator olduğu “İslamda dini müxtəliflik: tarix və bu gün”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi fəlsəfə doktoru Vüqar Səmədov “Ənənəvi İslam nədir və necə təbliğ edilməlidir?” mövzusunda çıxış edib.

Regional konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubovun aparıcılıq etdiyi “Sağlam cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu” adlı dördüncü plenar iclasda daha bir neçə maraqlı mövzu konfrans iştirakçılarının müzakirəsinə təqdim edilib.
Komitənin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov “Dini radikalizmlə mübarizədə gənclərin yeri və rolu”, Komitənin dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Ruslan Əsgərov “Gənclər mənəvi irsimizin təbliğatçısı kimi” mövzularında çıxış ediblər. Konfransın 2 Fevral Gənclər Günü ərəfəsinə təsadüf etməsi və tədbirdə rayonun fəal gənclərinin iştirakının əhəmiyyəti vurğulanıb.
Г‡inarə Bəhərçinli

Şərh Yaz