Gənclər günü

“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”. Bu möhtəşəm sətirlərin müəllifi olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilir, regionlarda yaşayan gənclərin fəallığını artıran tədbirlər həyata keçirilir. Rayonda son illərdə gənclərə artan diqqət və qayğı göz önündədir.

Gənclər günü“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”. Bu möhtəşəm sətirlərin müəllifi olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilir, regionlarda yaşayan gənclərin fəallığını artıran tədbirlər həyata keçirilir. Rayonda son illərdə gənclərə artan diqqət və qayğı göz önündədir.
Ötən il olduğu kimi, bu il də fevral ayının 2-də Gənclər Günü münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
“Qala” şadlıq sarayının foyesində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi, şəhər 4 nömrəli, Vəng tam orta məktəblərinin, 2 və 3 nömrəli uşaq bağçalarının, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin gənc müəllimlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. İcra başçısı Gənclər Günü və İsmayıllının “Gənclər Paytaxtı” seçilməsi münasibəti ilə gəncləri təbrik edib.

Gənclər günü

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov diqqətə çatdırıb ki,
“Azərbaycan gəncliyi 2011-2015- ci illərdə” Dövlət Proqramının qəbul edilməsi gəncliyə qayğıdan xəbər verir.
RİH başçısının müavini Sevil Əhmədova uğur qazanmış idmançılara Gİİ-nin diplom və hədiyyələrini, Gİİ-nin rəisi Taleh Salehov isə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə Diplom və hədiyyələr təqdim edib.
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvlərinin ifaları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin oxuduqları mahnılar, təşkil etdikləri əyləncəli viktorina, İsmayıllı İnnovasiya Mərkəzinin fəal gənclərinin hazırladığı reportaj xarakterli səhnəcik və slayd, Aşıqbayramlı məktəbinin şagirdlərinin və İsmayıllı Uşaq İncəsənət Məktəbinin İvanovka şöbəsinin şagirdlərinin rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbir rayonun incəsənət işçilərinin ifasında şən mahnı və gənclərin baxımlı rəqsləri ilə davam edib.
Г‡inarə Bəhərçinl

Şərh Yaz