İsmayıllı 2015-ci ilin “Gənclər paytaxtı”dır

İsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Paytaxtın simvolik açarı 2 fevral 2015-ci il tarixdə “Buta” sarayında Azərbaycan Gənclər Günü münasibətilə keçirilən təntənəli tədbirdə İsmayıllı gənclərinin nümayəndələrinə təqdim edilib.
Qələbənin sevincini yaşayan ismayıllılara qazanılan uğur barədə bir qədər ətraflı məlumat təqdim etmək fikri ilə “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi ilə görüşüb, ondan kiçik müsahibə alıb.
– Taleh müəllim, “Gənclər paytaxtı” seçilməyinizə sizi hansı yollar çatdırıb?

İsmayıllı 2015-ci ilin “Gənclər paytaxtı”dırİsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Paytaxtın simvolik açarı 2 fevral 2015-ci il tarixdə “Buta” sarayında Azərbaycan Gənclər Günü münasibətilə keçirilən təntənəli tədbirdə İsmayıllı gənclərinin nümayəndələrinə təqdim edilib.
Qələbənin sevincini yaşayan ismayıllılara qazanılan uğur barədə bir qədər ətraflı məlumat təqdim etmək fikri ilə “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi ilə görüşüb, ondan kiçik müsahibə alıb.
– Taleh müəllim, “Gənclər paytaxtı” seçilməyinizə sizi hansı yollar çatdırıb?
– 23 yanvar 2013-cü ildə İsmayıllıda məmur özbaşnalığına qarşı qanunsuz yolla etiraz edilmişdi. Səbəb də o idi ki, gənclərin məşğuliyyəti aşağı səviyyədə idi, problemləri ilə baş-başa qalmışdılar. Gənc ailələrin mənzil, iş problemləri ilə məşğul olan yox idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün varlığımızla minnətdarıq ki, baş verən hadisələr çox düzgün və obyektiv qiymət verdi. Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə hər bir sahədə dövlət siyasətinə sədaqət göstərən, fəaliyyətində yalnız qanunlara əsaslanan, ölkə rəhbərinin sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyətlə yerinə yetirən elm adamı Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, göndərdi. Həmin vaxtdan başlayaraq gənclərin sosial həyatı, məşğuliyyəti, intellektual inkişafı, yeni düşüncə tərzinə yiyələnməsi, təhsilin keyfiyyətcə yüksəlməsi üçün müasirliyi və optimallığı ilə seçilən tədbirlər həyata keçirilir.
Gənclərin və idmançıların hər bir uğuru rayon rəhbərliyi və Gİİ-si tərəfindən təqdir olunur, mükafatlandırılır. İndi İsmayıllı idmançıları sırasında bəzi idman növləri üzrə Dünya və Avropa çempionları vardır. 2 idmançımız Avropa oyunlarında iştirak üçün vəsiqə qazanıb. 2014-cü ildə 32 nəfər gənc mütəxəssis inzibati idarəetməyə və dövlət qulluğuna cəlb edilib. Bir qrup gənc rayon icra hakimiyyətinin dəstəyi ilə ingilis dili və dizayner kurslarını keçdikdən sonra “İnnovasiya mərkəzi”ndə birləşib. Mərkəz yeni layihələr hazırlayır, həyata keçirilən layihələrin icrasında fəal iştirak edir.
Peşə Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci öz fəaliyyətləri ilə rayona qaynar gənclik həyatı gətirib.
Bax, bu yollarla “Gənclər paytaxtı” seçiminə çatmışıq.

İsmayıllı 2015-ci ilin “Gənclər paytaxtı”dır
– Seçim necə keçib?
“Gənclər paytaxtı”nın seçim turunda iştirak etmək üçün 26 rayon Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə sənəd təqdim etmiş, 11-i səsverməyə buraxılmışdı. Sənədləri hazırlayarkən RİH-nin başçısı Mirdaməd Sadıqov bizə tək məktubla yox, rayonun sosial-iqtisadi inkişafında cənab Prezidentin İsmayıllıya səfəri zamanı razı qaldığı uğurlarla, yeniliklərlə zəmanət verdi. Biz də rayonun ən fəal gəncləri ilə təbliğat işini yüksək səviyyədə qurduq. Bakı və Gəncə şəhərlərindən, Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Biləsuvar və başqa rayonlardan da bizə dəstək durdular. Söhbətimizin bu məqamında səs verən hər bir İsmayıllısevərə dərin təşəkkürümüzü bildiririk. Rayonumuzun “Gənclər paytaxtı” seçilməsində yorulmadan təbliğat işi aparan kollecin bir qrup tələbəsinin, gənc müəllimlərin, Rayon Təhsil Şöbəsinin, Peşə Tədris Mərkəzinin rəhbərliyinin daha fəal iştirakını qeyd etmək istərdim.
1 fevral 2015-ci il tarixdə günün sonuna kimi 56,1 faiz səs topladıq və qalib gəldik. Qələbəmizi yüksək təntənə ilə qeyd etmək üçün gənclərə çox özəl şərait yaradıldı. Fevralın 2-də Azərbaycan gəncləri gününü rayon icra hakimiyyətinin hərtərəfli dəstəyi ilə bayram edib, 10 nəfər gənclə Bakıya yola düşdük. “Gənclər paytaxtı”nın simvolik açarını alıb İsmayıllıya qayıtdıq.
– Bundan sonrakı planlarınız nədən ibarətdir?
“Gənclər paytaxtı” ilinin hədəflərini və bu hədəflərə çatmaq mexanizmini müəyyənləşdirmişik. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə bir neçə gündən sonra regional gənclər forumu keçirəcəyik. Cari və perspektiv fəaliyyət istiqamətlərimiz forumda bir daha dəqiqləşdiriləcək.
Yolumuz yüksəlişə, Vətənə, dövlətə və dövlətçiliyə xidmətə doğrudur.

Şərh Yaz