Asif Məlikovun yeni uğuru

Asif Məlikovu uşaqlıq dövründən tanıyıram. Rayon xalq maarif şöbəsində işləyəndə Asif idmana ürəklə qoşulduğuna, ağır atletika məşqlərinə müntəzəm getdiyinə görə diqqətimi cəlb etmişdi. Qonşum, dostum rəhmətlik Şahmar müəllim uşaq idman məktəbinin direktoru idi. Burada fəaliyyət göstərən ağır atletika qrupunun məşqçisi Nüsrət Abdullayev ixtisası olan idman növü ilə maraqlandıra bilmişdi. Məşqçi və direktorla dost idim. Tez-tez uşaq idman məktəbinə gedir, məşqləri müşahidə edir, Asifin də fərqləndiyini, balaca boylu olmağına baxmayaraq böyük ağırlıq qaldırmağını görürdüm.
Nüsrət müəllim 1986-cı ildə Sumqayıta köçəndə Asifi də özü ilə aparır. Gənc idmançı politexnik texnikumuna daxil olur. 1987-ci ildə ovaxtkı SSRİ yığma komandasına qəbul edilən Asif yarışlarda uğur qazandıqca daha yaxşı tanınır və Beynəlxalq dərəcəli usta adını alır. İdmandakı qələbələr bir an da olsa ona ali təhsil almağı unutdurmur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olur.
Asif Məlikovun yeni uğuruAsif Məlikovu uşaqlıq dövründən tanıyıram. Rayon xalq maarif şöbəsində işləyəndə Asif idmana ürəklə qoşulduğuna, ağır atletika məşqlərinə müntəzəm getdiyinə görə diqqətimi cəlb etmişdi. Qonşum, dostum rəhmətlik Şahmar müəllim uşaq idman məktəbinin direktoru idi. Burada fəaliyyət göstərən ağır atletika qrupunun məşqçisi Nüsrət Abdullayev ixtisası olan idman növü ilə maraqlandıra bilmişdi. Məşqçi və direktorla dost idim. Tez-tez uşaq idman məktəbinə gedir, məşqləri müşahidə edir, Asifin də fərqləndiyini, balaca boylu olmağına baxmayaraq böyük ağırlıq qaldırmağını görürdüm.
Nüsrət müəllim 1986-cı ildə Sumqayıta köçəndə Asifi də özü ilə aparır. Gənc idmançı politexnik texnikumuna daxil olur. 1987-ci ildə ovaxtkı SSRİ yığma komandasına qəbul edilən Asif yarışlarda uğur qazandıqca daha yaxşı tanınır və Beynəlxalq dərəcəli usta adını alır. İdmandakı qələbələr bir an da olsa ona ali təhsil almağı unutdurmur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olur.

Asif Məlikovun yeni uğuru

Asifin nailiyyətlərini ardıcıllıqla sadalamaq fikrində deyiləm. Bunlar barədə çox yazılıb. İdmançıya şöhrət gətirən bir neçə hadisə üzərində dayanmaq istərdim. Asif 1997-ci ildə Tailandda keçirilən dünya çempionatında öz çəki dərəcəsində birinci yer tutur və qızıl medal qazanır. Həmin il respublikamızda “İlin idmançısı” seçilir. 1999-cu ildə Avropa çempionu olur, 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyev Asif Məlikovu “Şöhrət” ordeni ilə təltif edir. Həmin il çempion Daxili İşlər Nazirliyi sistemində işə qəbul olunur. 2005-ci ildə Polis Akademiyasına daxil olur. Asif harada işləməsindən, oxumasından asılı olmayaraq idmanı heç zaman tərk etməyib. “Usta idmançıların ümumdünya oyunları”na dəvət alan Asif Məlikov nəhayət ki, uzaq Avstraliyanı da fəth edib.
Asiflə Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında 107 idmançı ilə yarışmışdır. Г‡ətin keçən bu yarışlarda İsmayıllıdan ilk təkanını götürmüş “Neftçi” idman sağlamlıq mərkəzinin idmançısı, Beynəlxalq dərəcəli idman ustası Asif Məmməd oğlu Məlikov ağır atletika üzrə Beynəlxalq dərəcəli hakim seçilmişdir.
Asifin nailiyyətlərinə qəlbən sevinən, onun uğurlarını həmişə izləyən bir təhsil və dövlət qulluğu veteranı kimi, onu bu yüksək ad münasibətilə ürəkdən təbrik edirəm. Özünə həm xidməti işdə, həm də idmanda yeni-yeni müvəffəqiyyətlər, ailəsinə səadət, övladlarına layiqli Azərbaycan vətəndaşı olmağı arzulayıram.
Yazı çapa hazır olanda öyrəndik ki, peşəkar ağırlıqqaldıran Asif Məlikovun qardaşı oğlu, davamçısı Məmmədli Məhəmməd Etibar oğlu Bakı şəhərində keçirilən kişilər və qadənlar arasında Ağıt Atletika üzrə Azərbaycan çempionatında 56 çəki dərəcəsində iki hərəkətdə 249 kiloqram ağırlığı qaldıraraqI yeri qazanmışdır.
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz