Birincilər bir incidir

Bütün ümumtəhsil müəssisələrində olduğu kimi, İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində də “Əlifba”nın başa çatması münasibəti ilə “Birincilər bir incidir” mövzusunda tədbir keçirilib.
Cəmi bir neçə ay məktəbə ayaq basmış bu fidanların əzbərlədikləri şeirlər, oxuduğu mahnılarla ərsəyə gələn tədbir bu unudulmaz bayramı izləyənlərə xoş ovqat bəxş edib.
Birincilər bir incidirBirincilər bir incidir
Bütün ümumtəhsil müəssisələrində olduğu kimi, İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində də “Əlifba”nın başa çatması münasibəti ilə “Birincilər bir incidir” mövzusunda tədbir keçirilib.
Cəmi bir neçə ay məktəbə ayaq basmış bu fidanların əzbərlədikləri şeirlər, oxuduğu mahnılarla ərsəyə gələn tədbir bu unudulmaz bayramı izləyənlərə xoş ovqat bəxş edib.
Г‡ıxış edənlər sinif müəllimi Qüdsiyyə Manafova haqqında, onun peşəkarlığı barədə səmimi fikirlər söyləyib.
Tədbirdə iştirak edən RTŞ-nin əməkdaşı Güllübəyim Cərullayeva cəmi 5 ay məktəbə gedən uşağın asanlıqla jurnal adını, kitab üzünü, televiziyada gedən yazıları, ümumiyyətlə istənlən yazını oxuya bilməsini böyük uğur adlandırıb.
Təranə Məmmədova cəmiyyətin formalaşmasında ibtidai sinif müəllimlərinin təkrarolunmaz zəhmətindən danışıb, onların bu dunyada cənnəti qazandıqlarını deyib.
Г‡ıxış edənlər Qüdsiyyə müəllimi, onun bir inci olan birincilərini təbrik edib, onlara təhsil yollarında uğurlar arzulayıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz