Gənclər gününə həsr olunmuş futbol yarışı

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə Rayon Gənclər və İdman İdarəsi müəssisə, idarə və təşkilatlar arasında mini futbol üzrə rayon çempionatı keçirmişdir.
Olimpiya İdman Kompleksinin bazasında keçirilən çempionatda 12 komanda iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışda “12 saylı Yol Yaşıllaşdırma” MMC birinci, “İsmayıllı Tikinti-27” MMC ikinci və “Şato-monolit” şirkətinin komandası üçüncü yeri tutmuşdur.
Qaliblərə Gənclər və İdman İdarəsinin kubok və diplomları verilmişdir.
Taleh Məhərrəmov

Şərh Yaz