İsmayıllıda respublika birinciliyi

İsmayıllı Olimpiya İdman Kompleksində Avropa Olimpiadasına lisenziya əldə etmək uğrunda karate növü üzrə respublika birinciliyi keçirilib. Azərbaycan Karate Do Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışa 35 rayondan 350 idmançı qatılıb. Müxtəlif yaş qruplarında mübarizə aparan idmançılar 3 qrup üzrə yarışıblar. Turnirə qatılan yeniyetmə karateçilər elə ilk dəqiqələrdən qələbə qazanmaq üçün öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın sonunda qaliblərə federasiyanın diplom və kubokları təqdim olunub.
Şəhla Ramazanqızı

Şərh Yaz