Tibbi müayinələrin təşkili minnətdarlıqla qarşılanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb.
Bununla əlaqədar, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılıb və qrafik hazırlanıb.
Tibbi müayinələrin təşkili minnətdarlıqla qarşılanırTibbi müayinələrin təşkili minnətdarlıqla qarşılanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb.
Bununla əlaqədar, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılıb və qrafik hazırlanıb.
Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə tibbi müayinəyə başlayıblar.
Müayinələrin gedişi ilə tanış olmaq üçün İsmayıllı Uşaq Poliklinikasında olduq, Poliklinikanın baş həkimi Vidadi Rəhimov qeyd etdi ki, müraciətlərin əksəriyyəti ürək-damar xəstəlikləri, qan təzyiqi, nəfəs yollarında yaranan çətinliklərlə bağlıdır.
Rayon ictimaiyyətinin nümayəndələri ölkə rəhbərinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığını minnətdarlıqla qarşılayırlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz