“Karvan yolu” kitabı işıq üzü görüb

Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Hikmət Mahmudun “Karvan yolu” adlı kitabı işıq üzü görüb.
Kitabda şeirlərlə yanaşı, rübai, qoşma və poemalar da yer alıb. Burada şairin yeni şeirləri ilə yanaşı, 1960-1970-ci illərdə yazdığı, lakin çap olunmamış əsərlərinə də rast gəlmək olur. Yeni nəşrdə H.Mahmudun hikmətli kəlamları, fəlsəfi məzmunda tapmaca, sual və cavabları, həyat sirləri barədə fikirləri də diqqəti cəlb edir.
“Karvan yolu” kitabı işıq üzü görübYeni nəşrlər

Kitabın redaktoru və “Ön söz”ün müəllifi şair İlyas Tapdıqdır.
Şairin bu günədək “Г‡içəklərin intizarı”, “Danışanda-güləndə”, “Qocalmağa tələsmə”, “Könül açan söz deyək”, “Dünya, sənin nəyin yoxdur”, “Qıyma gözəlliyə” və s. Kitabları işıq üzü görüb.
Hikmət Mahmud Vətənə, torpağa, elə-obaya vurğun alim və şairdir. Onun hər sətrində haqqa, ədalətə, doğruluğa, Vətəni sevməyə, eli-obanı yaşatmağa, ecazkar təbiətin füsunkarlığından zövq almağa bir çağırış duyulur. Elm fədaisi olan H.Mahmud incə duyğulu bir şair kimi insanları qəlb açan, göz oxşayan ana təbiətimizi qorumağa çağırır:
Г‡içəyi yetirib, gülü bitirib,
Yerlərə, göylərə bər-bəzək verib,
İnsanı dünyaya bəxşiş gətirib,
Allahın nə gözəl, xoş təbi varmış.
Şairin Vətənə, el-obaya, ata-baba ocağına vurğun olması onun aşağıdakı misralarından da aydın görünür:
Hikmətəm, ürəyim eldə-obada,
Bağlıyam yurduma getsəm də hara.
Kəndimin bir uçuq daxmasını da,
Dəyişmərəm zəngin şah saraylara.

Karvan yolu

Sirli ürəklərdən sözü çıxarmaq,
Aş altından qopan qazmaq kimidir.
Nadanın əlindən duz-çörək almaq,
Kəndir ucundakı toxmaq kimidir.

Bütün dünya malı olsa da sənin,
Bir qarın yeməkdir axır qismətin.
Dərin ağıl ilə yaxşı sənətin,
Sahibi kimdirsə bax odur mətin.

Dünyanın əzəli, nə sonu bəlli,
O, bir karvan yolu gəlim-gedimli.
Yüz il də yaşasa insan qocalmaz.
Olsa şirin dili, yaradan əli.

Zaman hökmündədir, çay axarında,
Həyat yaranandan qaynahaqayna.
Kimlər gəlirində, kim çıxarında,
Kainat mat qalıb insan ağlına.
“İsmayıllı xəbərləri”

Şərh Yaz