Ulu öndərin əziz xatirəsi anılıb

Dekabrın 11-də İsmayıllı rayon Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı sərgi və ədəbi-bədii kompozisiya təşkil edilib.
Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin, MKS-nin əməkdaşları, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri iştirak edib.
Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ulu öndərin əziz xatirəsi anılıb

Tədbirdə çıxış edən İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan söz açıb
İsmayıllı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının fidanları Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin sonunda MKS-nin direktoru Ələddin Ələkbərov, rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Lətif Quliyev dahi rəhbərin ölkəmizin inkişafındakı xidmətlərindən danışıb, gənclərimizdə milli ruhun gücləndirilməsi işində Heydər Əliyevin həyat və fəaliyyətinin daim örnək olduğunu diqqətə çatdırıblar.
Lalə Məmmədova,
İsmayıllı Uşaq Kitabxanasının baş kitabxanaçısı

Şərh Yaz