Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli 1804 nömrəli Sərəncamı ilə dekabr ayının 6-nın ölkəmizdə Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində qeyd olunub. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıRabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli 1804 nömrəli Sərəncamı ilə dekabr ayının 6-nın ölkəmizdə Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində qeyd olunub. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov İsmayıllı Rabitə və Telekommunikasiya Qovşağının son dövrdəki fəaliyyəti haqqında danışıb, peşə bayramı münasibəti ilə rabitə işçilərini təbrik edib. Ölkəmizdə rabitə sahəsinin məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusi inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün Ulu öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Г‡ıxış edənlər şəhər əhalisi ilə yanaşı, ucqar kəndlərin sakinlərinin poçt xidməti təminatında uğurlar əldə olunduğunu bildiriblər. Şöbələrdə məktub, bağlama və banderolların, teleqramların, poçtla pul baratlarının qəbulu və göndərilməsi, sürətli poçt xidmətləri, dövrü mətbuatın abunəsi, çatdırılması, həmçinin enerji daşıyıcılarının, digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradıldığını deyib.
Tədbirdə bir qrup fərqlənən işçiyə pul mükafatı verilib.
Г‡inarə Bəhərçinli

Şərh Yaz