Problemlərin həlli diqqət mərkəzindədir

Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq İsmayıllı rayonunun Talıstan kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlər ilə görüş keçirilib.
Problemlərin həlli diqqət mərkəzindədirProblemlərin həlli diqqət mərkəzindədir

Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq İsmayıllı rayonunun Talıstan kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlər ilə görüş keçirilib.
Problemlərin həlli diqqət mərkəzindədir

Kənd sakinləri ilə görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini diqqətə çatdırıblar. Rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər. Kənddə elektrik dirəklərinin yenilənməsinə, həmçinin həkim məntəqəsinin təmir olunmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən icra başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin bu gün də uğurla davam etdiyini söyləyib. İcra başçısı kənd sakinlərinin problemlərin həlli ilə əlaqədar göstərişlər verib. Başçı qeyd edib ki, yaxın vaxtlarda mövcud problemlər həllini tapacaq. O, həmçinin yeni iş yerlərinin yaradılması üçün fikirlərini açıqlayıb və göstərişlər verib.
Kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ş.Soltanov

Şərh Yaz