Müayinələrə start verilib

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikada 18 yaşadək uşaqların tibbi müayinəsi davam etdirilir.. Məqsəd uşaqlar arasında meydana gələn xəstəlikləri aşkarlamaqdır.Müayinələrə start verilib

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikada 18 yaşadək uşaqların tibbi müayinəsi davam etdirilir.. Məqsəd uşaqlar arasında meydana gələn xəstəlikləri aşkarlamaqdır.
Tibbi müayinələr əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında aparılır. İsmayıllı rayonunda 18 yaşadək 25089 uşaq var. Bu uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının həkim heyətindən ibarət iki səyyar qrup yaradılıb. Həkim qrupuna pediatr, nevropatoloq, lor, oftolmoloq və stomotoloqlar daxildir. İsmayıllı rayon mərkəzi xəstəxanasından verilən məlumata əsasən, bu günədək İsmayıllıda 4 minə yaxın uşaq tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı xəstəliklər aşkarlanan uşaqlar rayon mərkəzi xəstəxanasında müalicəyə cəlb olunub. Təhsil müəssisələrindəki uşaqlarla yanaşı, uşaq bağçalarına gedən və evdəki uşaqların icbari dispanserizasiyasının da aparılması planlaşdırılır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz