İsmayıllıda çövkən meydançası

Çövkən oyununun tarixi çox qədimdir. Mənbələrdəki məlumatlara görə bu oyun növü eramızın birinci minilliyində formalaşıb, yüzilliklər boyunca Azərbaycanda, Orta Asiyada, İran, İraq, Türkiyədə məşhur olub. Tarixdə ilk beynəlxalq çövkən oyununun XII əsrdə Bağdadda keçirildiyi güman edilir. Azərbaycanda bu idman növünün qədimdən mövcudluğu faktlarla təsdiqlənir. Belə ki, Örnəqalada aparılan arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm IX əsrdə Beyləqan şəhərində bu oyunun məşhurluğunu göstərir.

Son illərdə tüstü milli oyunlarımızın qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə xeyli iş görülüb.
İsmayıllıda çövkən meydançası
2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb, “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib, Respublika Atçılıq Turizm Mərkəzi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı keçirilir. Bu yarışlarda İsmayıllı rayonunun komandası da fəal iştirak edir. İsmayıllı komandası hər il “Papaq” yarışlarında birincilik qazanır.
Rayonumuzda idmanın bu növünü daha geniş inkişaf etdirmək üçün meydança salınıb. Sentyabr ayının 8-də Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında meydançanın açılış mərasimi olub və yerli komandalar arasında yarış keçirilib. Gələcəkdə bu meydançada zona yarışlarının keçirilməsi də planlaşdırılır.
Çinarə Bəhərçinli

Şərh Yaz