Ağac əkini davam etdirilir

Rayonumuzda son illər xeyli yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Avtomagistral yolların kənarlarında, İsmayıllı şəhərinin küçə və xiyabanlarında, eləcə də bələdiyyələrin ərazisində müxtəlif ağac cinslərindən ibarət çoxlu sayda dekorativ ağac və kol bitkiləri əkilmişdir. Belə tədbirlər rayonun ekoloji mühitinin daha da sağlamlaşmasına, əhalinin istirahətinə müsbət təsir göstərir.Ağac əkini davam etdirilir

Rayonumuzda son illər xeyli yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Avtomagistral yolların kənarlarında, İsmayıllı şəhərinin küçə və xiyabanlarında, eləcə də bələdiyyələrin ərazisində müxtəlif ağac cinslərindən ibarət çoxlu sayda dekorativ ağac və kol bitkiləri əkilmişdir. Belə tədbirlər rayonun ekoloji mühitinin daha da sağlamlaşmasına, əhalinin istirahətinə müsbət təsir göstərir.
İlin yay fəsli olmasına, havaların isti və quraq keçməsinə baxmayaraq rayonumuzda ağacəkmə tədbirləri davam etdirilir. Belə ki, 29-30 avqust 2014-cü il tarixlərində Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsinin təşəbbüsü ilə idarə və təşkilatlar tərəfindən Heydər Əliyev adına parkda şərq çinarı və eldar şamı cinslərindən olan 260 ədəd ağac aqrotexniki qaydada əkilmiş, onlara qidalı torpaq verilmiş, suvarılmışdır.
Ağaclara qulluq işlərinin aparılması müvafiq idarələrə həvalə edilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz