Zəhərlənmələr

Yay mövsümünün başlaması ilə qida məhsulları, xüsusilə bostan məhsullarından zəhərlənmələr müşahidə edilir. Hər il ölkə ərazisində baş verən belə halların sayı artır. Ümumilikdə cəmiyyət üçün narahatçılıq yaradan bu problemə toxunmaq qərarına gəldim.
Müxtəlif kimyəvi kübrələrlə yetişdirilən bostan bitkilərinin bazarlarda çox olması istehlakçılarda narahatlıqlar yaradır.

ZəhərlənmələrZəhərlənmələr

Yay mövsümünün başlaması ilə qida məhsulları, xüsusilə bostan məhsullarından zəhərlənmələr müşahidə edilir. Hər il ölkə ərazisində baş verən belə halların sayı artır. Ümumilikdə cəmiyyət üçün narahatçılıq yaradan bu problemə toxunmaq qərarına gəldim.
Müxtəlif kimyəvi kübrələrlə yetişdirilən bostan bitkilərinin bazarlarda çox olması istehlakçılarda narahatlıqlar yaradır.
Zəhərlənmələr
Ekspertlər bildirirlər ki, bostan bitkiləri ilə bağlı Azərbaycanda ciddi problemlər yaşanır. Ən çox yeyilən məhsullar qarpız və yemiş olduğundan bu, sakinləri daha çox həmin məhsullardan istifadə zamanı qorxudur. Azərbaycan bazarlarındakı qarpızların 98 faizi genetik modifikasiya olunmuş (GMO) məhsullardır. Belə qarpızlar şirin, tumlarının xırda və isti-soyuğa davamlılıqları ilə fərqlənsələr də, insanlar üçün təhlükəlidir.
Bəzən qarpız və yaxud yemiş yeyərkən ağızda müxtəlif yad dad hiss olunur. Bu, həmin bostan bitkilərinə həddindən artıq çox vurulan nitritin dadıdır.
Mütəxəssislər deyirlər ki, təmiz qarpızlar çəkidə 5-6 kiloqramdan ağır olmamalı, zoğu nazik olmalı, bıçaq vurarkən partlamalı və əti al qırmızı olmalıdır.
Bəs bu cür məhsulların keyfiyyətini necə təyin etmək olar?
Araşdırmaçıların sözlərinə görə, bostan bitkilərinin keyfiyyətini təyin etmək üçün torpaqlarda növbəli əkin tətbiq etmək lazımdır. Ən azı 3 ildən bir növbəli əkin olmalıdır. Azərbaycanda əkinə yararlı torpaqların çox hissəsi taxıl əkinində istifadə edildiyindən, bostan bitkilərinin yetişdirilməsi də eyni ərazilərdə aparılır. Bu da ona səbəb olur ki, ən çox üstünlük verilən azot gübrəsinin miqdarı torpaqda artır və bostan bitkilərinin keyfiyyətinə təsir edir. Növbəli əkində bir il yem bitkiləri əkilirsə, ikinci il tərəvəz bitkiləri, üçüncü il isə dənli bitkilərin yetişdirilməsi məqsədəuyğun hesab edilir.
Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayaraq – ürək bulanması, bərk zəiflik, pis vəziyyət, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir. Çox vaxt hərarət yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur. Belə hallarda xəstəni dərhal xəstəxanaya çatdırmaq lazımdır. Orada mədə qida qalıqlarından tamamilə təmizlənir və xəstə 2-3 gün ərzində normal vəziyyətinə qayıda bilir.
Ümumiyyətlə, bu cür məhsulları alarkən onun keyfiyyətinə diqqət yetirmək lazımdır.
Çinarə Bəhərçinli

Şərh Yaz