Riyaziyyat fənnində biliklərin sistemləşdirilməsi

Təhsilin məzmunu ilk növbədə həyatın tələbi ilə müəyyən edilir. Elmin inkişafı müvafiq fənnlərin həm məzmununa və həm də təlimi metodlara təsir edir. Hər hansı bir fənn tədris edən müəllimin qarşısında duran vəzifələrin reallaşması onun hazırladığı metodik sistemin məzmununu təşkil komponentlərin seçilməsi və tətbiqindən asılıdır. Müasir şəraitdə təlim prosesində texniki vasitələrdən, kompyuter texnologiyalarından geniş istifadə olunur.Riyaziyyat fənnində biliklərin sistemləşdirilməsi

Təhsilin məzmunu ilk növbədə həyatın tələbi ilə müəyyən edilir. Elmin inkişafı müvafiq fənnlərin həm məzmununa və həm də təlimi metodlara təsir edir. Hər hansı bir fənn tədris edən müəllimin qarşısında duran vəzifələrin reallaşması onun hazırladığı metodik sistemin məzmununu təşkil komponentlərin seçilməsi və tətbiqindən asılıdır. Müasir şəraitdə təlim prosesində texniki vasitələrdən, kompyuter texnologiyalarından geniş istifadə olunur.
riyaziyyat elminin inkişafı riyazi fənnlərin texnologiyasına yiyələnməsinə, təkmilləşməsinə və sistemləşməsinə gətirir. Elm sahəsində riyazi metodları müvəffəqiyyətlə tətbiq olunur. Belə bir vaxtda ibtidai sinif müəllimlərinin kompyuter texnologiyasına yiyələnmələri xüsusi diqqət çəkir.
Müasir təlim prosesində şagirdlərin tədris fəaliyyyəti, idrak fəallığı və müəllimin təlim zamanı şagirdləri evrestik fəaliyyətə cəlb etməsi çox vacibdir. Müasir şagirdlərə hazır bilik verilmir, bilikləri əldə etmə yolları göstərilir. Şagirdlərin idrak fəaliyyətinin təhlili göstərir ki, bu fəaliyyətin məzmununu üç komponent təşkil edir: Təfəkkürün məntiqi, riyazi təfəkkürün aşılanması və qazanılan biliklərin sistemləşdirilməsi.
Biliklər sistemi idrak fəaliyyətinin mühüm komponenti olmaqla, həm də onun nəticəsidir. Çünki, biliklər sisteminin formalaşması və inkişafı tədris fəaliyyəti zamanı baş verir və təfəkkür inkişaf edir.
Bu, eyni zamanda təlim prosesində metod kimi də tətbiq edilir. Bu zaman biliklərin mənimsənilməsi asanlaşır, riyaziyyata aid biliklər sistemi anlayışlardan, təkliflərdən və əqli nəticələrdən, yəni təfəkkür formalarından ibarət olur. Bu biliklərin bir sistem şəklində mənimsənilməsi, zəruri hallarda tətbiq edilməsi üçün müxtəlif metod və vasitələrdən, texnologiyalardan istifadə edilir.
Riyaziyyat bir elm kimi ilk anlayışlar sisteminə, ilk təkliflər (aksiomlar) sisteminə malikdir. Riyazi biliklərin formalaşması və inkişaf etməsi, elmin öyrənilməsinə və inkişaf etməsinə müsbət təsir göstərir.
I-IV siniflərin riyaziyyat fənni məzmin etibarilə, əsasən hesab materialarından ibarətdir. Kəmiyyətlər, həndəsə elementləri qarşılıqlı vəhdəti olmaqla, riyaziyyatın riyazi biliklərini əmələ gətirir və onların mənimsənilməsi bir sistem şəklində olmaqdadır. Ədədlərin, hesab əməllərinin, kəmiyyətlərin öyrənilməsi, qazanılmış biliklərin məsələ həllində, ölçmə və hesablamalarda tətbiqi sistemli şəkildə tədris olunur. Materialların sistemli tədrisi zəruri anlayışların öyrənilməsinə, anlayışların tətbiq edilmə metodlarına xidmət edir və bir sıra məsələlərin həllini də tələb edir: Müəllim tədris planını sistemləşdirməyi bacarmalıdır, bilikləri sistemə salmağı və müstəqil işləməyi şagirdlərə öyrətməlidir.
I-IV siniflərdə müntəzəm təkrarın aparılması və biliklərin təcrübədə tətbiqinin nümayiş etdirilməsi fənnə aid biliklər sistemi yaradır. Biliklərin sistemləşməsi müəllimin fənnə dair elmi və metodik hazırlığından da asılıdır. Yəni, hesab əməlləri mənalarının açıqlanması, müəllimin elmi-metodik hazırlığı, müxtəlif resursları tərtib etməyi, mövzular arasında məntiqi əlaqələri təsvir etməyi, təsvir olunan bilikləri şagirdlərə öyrətməyi bacarmalıdır.
Belə ki, sonradan öyrədilən hər bir anlayış əvvəlcədən məlum olan anlayışlar əsasında şərh olunur, tədris edilir. Yəni məlumdan məchula, sadədən mürəkkəbə, asandan çətinə, əyanilikdən mücərrədliyə kimi prinsipləri əsas götürülür. Bu prinsiplərlə riyaziyyat fənnini tədris edən müəllimlərdən ustalıq və peşəkarlıq tələb etməklə bərabər, təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmalı, onlarda vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunu tərbiyə edərək müstəqil həyata və əmək fəaliyyətinə də hazırlamalıdır.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz