Bayram üçün ilkin məkan Lahıc seçildi

Azərbaycan xalqının sosial-siyasi həyatı ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və fəaliyyəti ilə bağlı günlər, hadisələr və bayramlarla zəngindir. Tarixi və tale yüklü əhəmiyyət kəsb edən 14 iyul bu günlərin ən önəmlisi, ən dəyərlisidir. 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinin 45 ili tamam olur. İsmayıllıda milli və dövlət bayramı kimi bu günün qeyd olunması üçün 13 iyulda qədim Lahıc qəsəbəsi məkan seçilmişdi. Bunun rəmzi mənası ondandır ki, ulu öndər 1981-ci il 22 iyulda İsmayıllıya səfər edərkən Lahıca yol çəkilməsi barədə aid strukturlara tapşırıq vermişdi. Bu tapşırıq bir il müddətində icra olundu. Artıq Moskvada fəaliyyət göstərən Heydər Əliyevin ünvanına çoxsaylı teleqramlar göndərildi.
Bayram üçün ilkin məkan Lahıc seçildiBayram üçün ilkin məkan Lahıc seçildi

Qəsəbənin Heydər Əliyev küçəsi dövlət bayraqları ilə bəzədilib. Xalq sənətkarları məhsullarının sərgisini açıblar. Aşıq Yanvar və digərləri Lahıcın mərkəzi meydanında, sənətkarların dükanlarının yanında ümummilli liderə, Prezident İlham Əliyevə həsr olunmuş mahnılar ifa edirlər. Respublikanın bütün coğrafiyasını təmsil edən çoxsaylı qonaqlar bayram sərgilərinə maraqla baxırlar, bayram tədbirindən xatirə kimi suvenirlər alırlar.
Bayram üçün ilkin məkan Lahıc seçildi
Tədbir iştirakçıları və qonaqlar xalq sənətkarlığının bayram sərgisindən sonra Lahıc qəsəbə tam orta məktəbinin həyətinə toplaşdılar. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 45 illiyi ilə əlaqədar geniş nitq söylədi. Əməkdar mədəniyyət işçisi, 95 yaşlı təhsil veteranı Ənvər Balayev, qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov, səhiyyə veteranı Hüseynağa Kamilzadə çıxış etdilər.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin, “Lahıc” folklor qrupunun konserti oldu. 14 iyulda Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin konfrans formasında növbəti məşğələsi keçirildi. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydular, “Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirov konfransı açdı. Mirdaməd Sadıqov mövzu ilə əlaqədar məruzə etdi. Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov, 6 saylı tam orta məktəbinin tarix müəllimi Ülkər Süleymanova çıxış etdilər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxıldı. İştirakçıların vaxtilə Heydər Əliyevlə görüşmüş insanlarla söhbətləri qarşılıqlı maraq doğurdu. Foyedə söhbət xeyli davam etdi. İsmayıllı sakinləri bu tədbirlərdə iştirak etməklə bir daha ulu öndərə dərin hörmət və ehtiramlarını bildirdilər.
Bayram üçün ilkin məkan Lahıc seçildi
Axşam böyük konsert oldu. 16 yaşlı uşaqlar arasında keçirilən respublika şahmat spartakiadasının 500-dən çox iştirakçısı da konsertdə iştirak etdi.
V. Salehov

Şərh Yaz