Səndən hərəkət…

Məsafə baxımından Xanagah kəndi rayon mərkəzinə xeyli yaxındır. Təəssüflər olsun ki, illər boyu bu yaxınlığın kəndin sosial infrastrukturuna nəzərəçarpan bir faydası olmamışdır. Bir neçə gün əvvəl RİH başçısı Mirdaməd Sadıqovun kənd sakinləri ilə keçirdiyi görüş-qəbulda sadalanan çatışmazlıqlar bu fikri bir daha təsdiqlədi.
Xanagah kəndi Qalınçaq inzibati ərazi dairəsinə daxildir və həmin kəndin bələdiyyə ərazisi hüdudlarındadır. Hazırda burada qeydiyyatda olan 617 nəfərdən 575 nəfəri yaşayır. Onlardan 81 nəfəri pensiyaçıdır. 175 təsərrüfatdan 158-də yaşayış var. Evlərin sayı isə 144-dür. Kəndin ümumi orta məktəbini bitirənlər təhsillərini davam etdirib, respublikanın müxtəlif ali məktəblərinə daxil olurlar.

Səndən hərəkət...Səndən hərəkət…

Görüşdə səslənən sevindirici fakt da elə bu oldu.
Səndən hərəkət...
Sakinlərin çıxışlarından bəlli oldu ki, təbbi qazın yanacaq kimi kəndə verilməməsi onları olduqca narahat edir. Bu həm də ətrafdakı meşələrin qırılması, təbiətin məhv edilməsidir. Elə bunun səbəbidir ki, görüşdə kəndin içməli su mənbələrində azalmalar müşahidə olunması qeyd olundu.
Kənddə tibb məntəqəsinə, uşaq bağçasının tikintisinə, rabitə, elektrik, içməli su xətlərinin təmirinə ehtiyac olması da diqqətə çatdırıldı.
Xanagah kəndi coğrafi baxımdan yaşayış üçün çox əlverişli yerdədir. Kəndin magistral yol, çay kənarında, dağ ətəyində yerləşməsi burada yaşayanlara iş yerləri açmaq, kənd təsərrüfatı məhsulları yetişdirmək, bu sahədə gəlirlər əldə etmək imkanı verir. Çox təəssüf ki, vəziyyət heç də arzulandığı kimi deyildir. Sakinlərin içməli sudan korluq çəkmələrini bir iməciliklə aradan qaldıra biləcəkləri halda, əlaqədar təşkilatlardan kömək gözləməsi də qəribə görünür. Xalq arasında “Səndən hərəkət, məndən bərəkət” deyimi hamımıza bəlli olsa da, bu kəndin timsalında özümüzün asanlıqla görə biləcyimiz işin başqası tərəfindən icra olunmasını gözləməyimiz sonda problemə çevrilir.
Kənd ərazisində perspektiv inkişaf torpaqlarının olmaması yeni ailə quranları narahat edir. Ailələrin, təsərrüfatların sayı artsa da, evlərin sayı artmır. Bu da bir həyətdə bir neçə ailənin yerləşməsi və bir sıra problemlərin yaranması deməkdir.
Kəndin sakini Vaqif Əsgərov çıxışında son vaxtların istər respublikada, istərsə də rayonda ürək açan yeniliklərindən razılıqla danışdı, rayon rəhbərliyinə kənddəki problemlərin həlli istiqamətində gördüyü işlərə görə minnətdarlıq etdi və tezliklə mövcud çətinliklərin aradan qaldırılacağına ümidvar olduğunu bildirdi.
RİH başçısı M.Sadıqov kəndin gənclərini faydalı əməklə, imkanları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğulluğa dəvət etdi, gənclərə bu sahədə göstərilən dövlət qayğısından söz açdı.
Görüşdə kəndin təmiz saxlanmasından da söz düşdü. Sakinlərə rayonun Kommunal Müəssisələri Kombinatı ilə müqavilə bağlamaları məsləhət görüldü.
Səmimi görüşdə işə qəbul, ev tikməyə sərəncam verilməsi, maddi yardım almaq kimi şəxsi məsələlər də səsləndirildi.
Görüş zamanı qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı M.Sadıqov əlaqədar xidmət idarələrinin rəhbərlərinə tapşırıqlar verdi.
Şahməmməd Soltanov

Şərh Yaz