İsmayıllı rayon İcra Hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqova

Sizin 20 iyun 2014-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, şöbə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, şəhərin M.Ə.Sabir küçəsi, ev 30 ünvanda yaşayan, yetginlik yaşına çatmayanlar (1999-cu il təvəllüdlü) Elməddin Ətraf oğlu Məmmədli və həmin küçənin 29 nömrəli evində yaşayan (2001-ci il təvəllüdlü) İsmayıl Xalıq oğlu Musayev Heydər Əliyev adına parkdakı “Yapon bağı” adlanan ərazidə bir ədəd işıq projektorunu və xatirə lövhəsini sındırmışlar. Bununla onlar Azərbaycan Respublikası İctimai Xətalar Məcəlləsinin (İXM) 297-ci maddəsinin tələblərini pozmuşlar. Elməddin Məmmədli və İsmayıl Musayev yetginlik yaşına çatmadıqlarına görə İXM-nin subyekti hesab olunmurlar. Onlar inzibati məsuliyyətə cəlb edilə bilinmədiklərinə görə dəymiş 90 manat ziyan valideynləri tərəfindən RİH-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə ödənilmişdir.İsmayıllı rayon İcra Hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqova

Sizin 20 iyun 2014-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, şöbə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, şəhərin M.Ə.Sabir küçəsi, ev 30 ünvanda yaşayan, yetginlik yaşına çatmayanlar (1999-cu il təvəllüdlü) Elməddin Ətraf oğlu Məmmədli və həmin küçənin 29 nömrəli evində yaşayan (2001-ci il təvəllüdlü) İsmayıl Xalıq oğlu Musayev Heydər Əliyev adına parkdakı “Yapon bağı” adlanan ərazidə bir ədəd işıq projektorunu və xatirə lövhəsini sındırmışlar. Bununla onlar Azərbaycan Respublikası İctimai Xətalar Məcəlləsinin (İXM) 297-ci maddəsinin tələblərini pozmuşlar. Elməddin Məmmədli və İsmayıl Musayev yetginlik yaşına çatmadıqlarına görə İXM-nin subyekti hesab olunmurlar. Onlar inzibati məsuliyyətə cəlb edilə bilinmədiklərinə görə dəymiş 90 manat ziyan valideynləri tərəfindən RİH-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə ödənilmişdir.
İsmayıllı şəhəri M.Orucov və Nizami küçələrinin kəsişməsində quraşdırılmış sərnişin dayanacağı A+A şirkətinin işçiləri tərəfindən montaj olunarkən ehtiyatsızlıqdan üst örtüyünün bir hissəsi qırılmışdır. Hazırda dayanacağın üst örtüyü yenisi ilə əvəz edilmişdir.
Hörmətlə:
Nizami Qocayev,
İsmayıllı RPŞ-nın rəisi, polis polkovniki

Şərh Yaz