Gülgəz anamla bağlı xatirələrim

Mən 1947-ci ildə əlli günlük olanda anam dünyasını dəyişdi. Mənim iki yaşım olanda, atam Gülgəz xanımla evlənib…
Lahıcda bir çox sənət növləri fəaliyyət göstərirdi. Misgərlik, dəmirçilik, dabbaqlıq və sair. Bu sənətlər də kişilərə aid idi. Qadınları isə ancaq corab toxumaqda mahir idilər. İkinci dünya müharibəsi başa çatmışdı, ancaq kişilərin çoxu geri qayıtmamışdı. Dolanışıq çox çətin idi. Bu zaman Lahıc artelinin sədri, xeyirxah insan olan Taci Salmanov vəziyyətdən çıxmaq üçün yollar arayırdı. Ən münasibi xalçaçılığın inkişafı oldu. Salmanovun təşəbbüsü ilə iki xana quruldu. Gülgəz xanım fəaliyyətə başladı. İlk şagirdləri Kubra,Ceyran, Mənzər, Fatma, Göyçək və bibim Çərkəs oldu. Rübabə, Xədicə (Kubra xalanın qızları) və mən dərsdən sonra ora qaçardıq. Biz ilmə vurub, xalça toxumağı öyrənirdik. O vaxt bəzi kişilər qadınların işləməsinə pis baxırdılar. İndiki kimi yadımdadır, bir neçə kişi daş atıb emalatxananın şüşələrini qırmışdı…

Gülgəz anamla bağlı xatirələrimGülgəz anamla bağlı xatirələrim

İllər keçdi, xalçaçı qızların sayı da artdı. Mən beşinci sinifdə oxuyanda artıq usta idim, bir neçə şagirdim vardı. Demək olar ki, Lahıcın bütün qız-gəlinləri xalça toxumağa başladı. Bu sənət ətraf kəndlərdə də geniş yayılmağa başladı. Onu da qeyd edim ki, Lahıcda toxunan xalçalar əsasən xaricə satışa göndərilirdi. Bu məmulatlar yüksək qiymətə satıldığı üçün qadınlar yaxşı əmək haqqı alırdılar. Dolanışıq yüksəlirdi. Belə yüksəliş xalçaçılıqla bağlı idi.
Gülgəz anamla bağlı xatirələrim
Anam rayonda böyük nüfuza malik idi, haqqında qəzetlərdə tez-tez yazılar dərc edilirdi. Çoxlu təltifləri vardı.
Ailədə Gülgəz xanım çox mehriban idi. O, atamla sevgi dolu bir ömür yaşadı.
Ailə qurdum, Göyçayda yaşayıram. Uşaqlarım hələ körpə idi. Bir gün anam bir dəzgah gətirib Göyçayda evimizdə quraşdırıb mənə dedi:
– Qızım, bekar durma. Sən yaxşı xalçaçısan, özün toxu, qızlarını da öyrət.
Qızlarıma da bu sənəti öyrətdim. Mənim toxuduğum xalçalar satış üçün xaricə göndərilirdi. Qızlarım da mənə kömək edirdilər. Yaxşı da maaş almışam. İndi də xalça toxuyuram.
Gülgəz anamla bağlı xatirələrim
Gülgəz xanım oğlu Dəmirlə də ünsiyyəti kəsmirdi, onların da qayğısına qalırdı. Mən də qardaş kimi onu çox istəmişəm. Bir sözlə, Gülgəz xanım atama vəfalı ömür-gün yoldaşı, mənə və Dəmirə yaxşı ana, bizim uşaqlarımıza isə qayğıkeş nənə olmuşdur.
Atam 1941-45-ci illərdə cəbhədə vuruşub, medallarla təltif olunub. O, bütün ömrünü Lahıc uşaqlarının savadlanmasına sərf edib. Şagirdləri müxtəlif vəzifələrdə çalışır. Nümunə üçün Mirdaməd müəllimi göstərə bilərəm.
Gülgəz anamla bağlı xatirələrim
Allah bu iki zəhmətkeş insana rəhmət eləsin.
Göyçayda Nar bayramı zamanı Şəmsə Hacıbaba qızı da toxuduğu xalçalarla bu tədbirdə iştirak etmiş və onları Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə nümayiş etdirərkən.

Gülgəz anamla bağlı xatirələrim
Anam

Gülgəz xanıma ithaf edirəm

Hər zaman qəlbini sadə, səmimi,
Üzünü mehriban görmüşəm, Ana!
Bir dərdim olanda onu hamıdan
Tək səni tez duyan görmüşəm, Ana!

Əzəl olmamısan mənə analıq,
Mən ki, görməmişəm səndən yamanlıq,
Üzüm tutulanda lap bircə anlıq
Üzündə də duman görmüşəm, Ana!

Çatdıra bilmərəm bu əməyini,
Bağladın ömrümə hər diləyini.
Məndən uzaqlarda o ürəyini,
Həsrətdən alışan görmüşəm, Ana!

Heç vaxt pozulmayıb verdiyin andın
Olmuşam mən sənin əziz övladın.
Onunçün doğmayam, deyiləm yadın
Ürəyində cahan görmüşəm, Ana!

Şəmsə Hacıbaba qızı

Şərh Yaz