Tarixdə öz yeri var

XIX əsr Azərbaycan tarixində intibah dövrü kimi yadda qalır. Bu əsrin birinci yarısından sonra ölkəmizdə neft istehsalı sürətlə inkişaf etdi. Bununla əlaqədar bir sıra xarici sərmayədarlar Bakıya neftin iyinə axışmağa başladılar. Neft istehsalında yerli sahibkarlar da iştirak etməyə başlayır. Digər sahələrdə də inkişaf başladı, xüsusilə də neft emalı müəssisələri tikintisinə diqqət yetirildi. Bu dövrdə Bakıda dəmir yol xətti istifadəyə verilir. Ölkəmizdə elm, maarif, mədəniyyətin inkişafı nəzərə çarpır. Dünyəvi təhsil verən yeni tipli məktəblər açılır, milli teatr, mədəniyyət inkişaf etməyə başlayır. Xaricdə təhsil almış ziyalılarımız qabaqcıl ideyaları, Avropa və dünya mədəniyyətinin Azərbaycanda təbliğinə diqqəti artırırlar. Bütün bunlar 70-ci illərdə milli mətbuatın yaranması zərurətini doğurdu. Sonralar həmin ehtiyacı Azərbaycanın ilk maarifçilərindən biri, Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsini bitirmiş təbiətşünas alim, publisist və görkəmli pedaqoq olan Həsən bəy Zərdabi özünün ciddi fəaliyyəti ilə 1875-ci il iyul ayının 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə reallaşdıra bildi.

Tarixdə öz yeri var22 iyul – Azərbaycan Mətbuatı Günüdür

Tarixdə öz yeri var

Tarixdə öz yeri var

XIX əsr Azərbaycan tarixində intibah dövrü kimi yadda qalır. Bu əsrin birinci yarısından sonra ölkəmizdə neft istehsalı sürətlə inkişaf etdi. Bununla əlaqədar bir sıra xarici sərmayədarlar Bakıya neftin iyinə axışmağa başladılar. Neft istehsalında yerli sahibkarlar da iştirak etməyə başlayır. Digər sahələrdə də inkişaf başladı, xüsusilə də neft emalı müəssisələri tikintisinə diqqət yetirildi. Bu dövrdə Bakıda dəmir yol xətti istifadəyə verilir. Ölkəmizdə elm, maarif, mədəniyyətin inkişafı nəzərə çarpır. Dünyəvi təhsil verən yeni tipli məktəblər açılır, milli teatr, mədəniyyət inkişaf etməyə başlayır. Xaricdə təhsil almış ziyalılarımız qabaqcıl ideyaları, Avropa və dünya mədəniyyətinin Azərbaycanda təbliğinə diqqəti artırırlar. Bütün bunlar 70-ci illərdə milli mətbuatın yaranması zərurətini doğurdu. Sonralar həmin ehtiyacı Azərbaycanın ilk maarifçilərindən biri, Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsini bitirmiş təbiətşünas alim, publisist və görkəmli pedaqoq olan Həsən bəy Zərdabi özünün ciddi fəaliyyəti ilə 1875-ci il iyul ayının 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə reallaşdıra bildi.
H.B.Zərdabi qəzetin açılışı üçün nə qədər əzablar çəkdi, neçə-neçə məmur qapısını döyməli oldu. Bununla onun əzabları heç də bitmədi, din fanatiklərinin, qoçuların və başqa cahillərin səngiməyən təqiblərinə məruz qaldı. Üstəlik də maddi çətinlik onun işinə əməlli-başlı əngəl idi. Qəzetlə əməkdaşlıq etmək də xatalı idi. Bütün bunların nəticəsində qəzet 1877-ci ilin sentyabr ayında bağlandı. “Əkinçi” qəzeti qısa bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanda ilk mətbuat qaranquşu kimi tarixə düşdü və çox iş gördü. Sonralar digər qəzetlər nəşrə başladı. Bütün bunlar XX əsrin başlanğıcında Azərbaycan mətbuat tarixində əvəzsiz yeri olan “Molla Nəsrəddin” satirik jurnalının yaranmasına şərait yaratdı. Jurnalın redaktoru Mirzə Cəlil Məmmədquluzadənin dediyi kimi “Molla Nəsrəddin jurnalını zəmanə özü yaratdı, həyatın özündən doğdu”. Jurnal birinci nömrəsində baş məqalədə müsəlman qardaşlara deyir: – Sizi deyib gəlmişəm, ey mənim nüsəlman qardaşlarım!
Gəldi də sözünü də mərdi-mərdanə dedi.
Onu da qeyd edək ki, 1903-cü ildə Tiflisdə Məhəmməd Ağa Şahtaxtlı “Şərqi-Rus” qəzetini nəşr etmişdi. Təssüf ki, bu qəzetin də ömrü qısa olmuşdu. Buna baxmayaraq, Azərbaycan nətbuat tarixinin zəngin irsi və illər boyu davam edən ənənələri vardır. Odur ki, bu gün ölkəmizdə mətbuat yüksək inkişaf mərhələsinə çatmışdır. Müstəqillik əldə olunduqdan sonra ulu öndər Heydər Əliyev qəzetlərə qayğı göstərdi, mətbuat üzərindən senzuranı götürdü. Ona “Jurnalistlərin dostu” mükafatı verildi. Ölkə prezidenti İlham Əliyev də mətbuata, mətbuat işçilərinə xüsusi qayğı göstərir. Jurnalistlərə mənzil verilməsi belə qayğının nəticəsidir. Məhz belə qayğıya cavab olaraq prezidentə “Jurnalistlərin dostu” mükafatı (2014-cü il) verilmişdir. Bu gün ölkəmizdə onlarca qəzet, jurnal nəşr olunur. Sovetlər İttifaqının süqutundan sonra rayon qəzetləri bağlanmışdı. Müəyyən vaxt keçdi və fasilə vermiş rayon qəzetləri də yenidən nəşrə başladı. Demək olar ki, indi əksər rayonlar öz qəzetlərini nəşr edir.
Azərbaycan mətbuatının tərkib hissəsi kimi, rayonumuzda da qəzetin nəşr tarixi keçən əsrə gedib çıxır. İsmayıllı rayon kimi 1931-ci ildə yaradılmışdır. 1934-cü ildə rayonumuzda “Yeni İsmayıllı” adı ilə nəşrə başlayan qəzetin redaktoru Həmid Qurbanov olmuşdur. Qəzet iki səhifəlik idi. O zaman bütün qəzetlər bu formatda çıxırdı. Rayonda mətbəə avadanlığı, kadrlar çatışmırdı. Qəzet çox çətinliklərlə nəşr edilirdi. Sonrakı redaktor Rəhim Manaf oğlu Mustafayev olmuşdur. 1940-cı il yanvarın 26-da “Yeni İsmayıllı” qəzetinə Cəmil Tağı oğlu Məlikov redaktor təyin edilir. 1942-ci ilin fevralında Dursun Babaxan qızı İsrailova qəzetin redaktoru olur. Bundan əvvəl Dursun xanım həmin qəzetin məsul katibi işləmişdi. Təhsilartırma kursundan qayıdan D.İsrailova 1944-cü ilin mayında yenidən həmin qəzetə redaktor vəzifəsinə göndərilir və 1952-ci ilin aprelinədək həmin işdə çalışmışdır. Sonra onu Məhərrəm Zülfüqar oğlu Sultanov əvəz edir. 1954-cü ildə prinsipiallığı, paklığı ilə seçilən Məhəmmədəli Həsənov “Yeni İsmayıllı” qəzetinə redaktor təyin edilir. M.Həsənov 1961-ci ilədək həmin vəzifədə çalışır. 1961-ci ilin avqust ayından 1962-ci ilin mayına kimi həmin qəzetin redaktoru Yusif Binyəmin oğlu Yusifov (Yusif Xürrəm) işləmişdir. Həmin illər rayon qəzetləri bağlandı. Rayonlararası qəzetlər nəşrə başladı. Bizim rayonu əvvəl Şamaxıya, sonra isə Göyçay rayonuna verdilər.
Rayon qəzetləri 1965-cı ilin sonunda yenidən nəşrə başladı. İsmayıllıda da yeni – “Zəhmətkeş” adlı qəzet çıxmağa başladı. Onun redaktoru Nəriman İbrahim oğlu Məmmədov idi. Bu zaman qəzetin kifayət qədər jurnalist kadrları vardı. Mətbəə avadanlığından və işçilərdən heç bir çətinliyi yox idi. Mətbəənin əvvəlki təcrübəli işçiləri yenidən işə qayıtmışdı. Mətbəə avadanlığı get-gedə müasirləşirdi. Təcrübəli işçilər olan mürəttiblər – Ramazan İsayev, Müsənnif İsmiyev, Ağca Səlimova, Vəkil İsmiyev, Qəribə Rəsulova işin öhdəsindən bacarıqla gəlirdilər. Sonradan işə qəbul olunan Raya Umudova, Firavan Qədirova, Nazxanım Nəcəfova və başqaları bu sahə üzrə məktəb qurtaranlar idilər.
“Zəhmətkeş” qəzeti həftədə üç dəfə, dörd səhifə ilə çıxırdı. Tirajı da 5-7 min nüsxədən artıq olurdu. Sonradan qəzetə çoxlu oxucu məktubları gəlməyə başladı. Bu da qəzetin oxucular tərəfindən yaxşı qarşılanmasına dəlalət edirdi.
Redaktor N.Məmmədov 1969-cu ilin noyabrında Ağdaş rayonunda çıxan “Əmək” qəzetinə redaktor göndərdilər. Onun yerinə qəzetdə məsul katib işləyən Faiz Ağabəy oğlu Həmidov redaktor vəzifəsinə irəli çəkildi. Qəzet çox kəsərli tənqidi yazılarla çıxış etməyə başladı. Nəticədə, F.Həmidovu qəzetdə gedən tənqidi yazılara görə çox incitdilər, vəzifədən kənarlaşdırdılar. Bu çək-çevir düz 22 ay çəkdi. Həmin müddətdə redaktoru müavin vəzifəsində çalışan Bəybala Babayev əvəz etdi. Sonda F.Həmidov Kürdəmir rayonunda çıxan “İrəli” qəzetində redaktor işlədi.
1977-ci ildə Valeh Salehov qəzetə redaktor təyin edildi. Onu şair Musa Yaqub (1978-ci il) əvəz etdi…
Qəzet 1991-ci il yanvarın 1-dən adını dəyişərək “Cavanşir yurdu” kimi çıxmağa başladı. Maliyyə çətinliklərinə görə qəzet 2001-ci il yanvar ayından bağlandı. İşçilər uzunmüddətli məzuniyyətə göndərildi.
Qəzetin nəşrində fasilələr yarandı. Bu fasilələrdən sonra – 2002-ci ilin oktyabrında rayonda “Girdiman” adlı yeni qəzet nəşrə başladı. Redaktoru da Saday Ağalar oğlu Səmədov təyin edildi. Az vaxt ərzində qəzetdə çalışanlar dağılışdı, S.Səmədov isə 2011-ci ilin iyulunda rensiyaya çıxdı və onu Xavər Abbasova əvəz etdi. Bu qəzetin taleyi də acınacaqlı oldu və az vaxtdan sonra nəşrini dayandırdı.
Qəzetin niyə bu vəziyyətə düşməsi ilə heç kəs maraqlanmadı. Axı onun təsisçiləri RİH və redaksiyanın yaradıcı kollektivi idi. Qəribə deyilmi?
2008-ci il yanvarın 24-də rayonda özəl olan “İsmayıllı xəbərləri” qəzeti nəşrə başladı. Qəzetin təsisçisi və baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd (Soltanov) Dağlaroğludur. Hazırda qəzet ayda 4 dəfə nəşr olunur, oxucular tərəfindən maraqla qarşılanır. İndi bu qəzetin ətrafına xeyli istedadlı, könüllü yazar toplanmışdır. Onlardan bu yazının həmmüəllifləri Bəybala Babayevin, Heydər Xəlilovun, Çinarə Bəhərçinlinin, Miryavər Hüseynovun, Hacıməmməd Məmmədovun, Məmmədmirzə Rzayevin, Valeh Salehovun, Lətifə Əliyevanın, Xalıq Xalıqovun, Rəna Mirzəliyevanın, Oqtay İsmayıllının, Mehdi Məmmədovun, Əsgər Manafovun və başqalarını adını fərəhlə qeyd etmək olar.
Jurnalistlərin peşə bayramı olduğuna görə aramızdan getmiş həmkarlarımızın xatirəsini yad etmək məqsədilə onların adlarını yada salmaq da yerinə düşərdi: Elə indinin özündə də Faiz Həmidovun, Saday Səmədovun, Mustafa Səlimovun, Əkrəm Şirinovun, Əliheybət Eyvazovun və başqalarının adı hörmətlə çəkilir. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun.
“İsmayıllı xəbərləri” bu gün rayon oxucularının sevimlisinə çevrilmişdir. Qəzet həm də neçə illər sahibsiz qalmış “Dağ çiçəkləri” ədəbi məclisinə sahib çıxdı. İndi həmin məclisin üzvləri qəzetin redaksiyasında vaxtaşırı toplaşa bilirlər. Uzun illərdir ki, bu məclisə böyük cəfakeşliklə şair Nazir Ziya Talıstanlı rəhbərlik edir. Müzakirədə bəyənilmiş şeirlər səhifə halında qəzetdə dərc edilir. Belə səhifələri oxucular da sevirlər.
Bir faktı da qeyd etmək vacibdir. Əvvəlki illər rayonda mətbuat günü yada düşməzdi. Bu günü 5-6 jurnalist toplaşıb öz aralarında yada salardılar. Keçənilki, elə builki mətbuat günü də yüksək səviyyədə qeyd edildi, RİH başçısı Mirdaməd Sadıqov özü tədbirlərdə iştirak etdi. Tədbirə dəvət edilən sabiq işçilərə pul mükafatları, diplomlar təqdim olundu. Çox maraqlı tədbirlər alındı. Başçının bu qayğıkeşliyi mətbuat işçilərinə əsl töhfə oldu. Axı bu hal son illərdə İsmayıllı mətbuatında ancaq arzu olunurdu.
Bu il Azərbaycan mətbuat tarixinin 139-cu ilini qeyd etdik. Bu münasibətlə bütün oxucularımızı, jurnalistləri ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, sözünüz kəsərli olsun, dostlar!
Heydər Xəlilov,
Bəybala Babayev

Şərh Yaz